Accessibility links

Məcburi köçkünlərə aylıq müavinət veriləcək


Məcburi köçkünlər
Məcburi köçkünlər

Prezident İlham Əliyev məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərman imzayıb.

Sənədə əsasən, 2017-ci il yanvarın 1-dən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36,0 (otuz altı) manat məbləğində vahid aylıq müavinət müəyyən edilib. Bu zaman dövlət büdcəsindən yemək xərci müavinəti, kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər ləğv olunur.

Nazirlər Kabinetinə vahid aylıq müavinətin şamil ediləcəyi kontingenti və müavinətin ödənilməsi qaydasını müəyyən etmək tapşırılıb.

SOCAR Dövlət Neft Şirkətinə, “Azərişıq” ASC və “Azərsu” ASC-yə məcburi köçkünlərin məskunlaşdığı yerlərdə sayğacların quraşdırılmasını qısa müddətdə təmin etmək tapşırılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG