Accessibility links

Mehman Hüseynov: Mən böhtan atmamışam, mənə böhtan atırlar [Video] (Yenilənib)


Mehman Hüseynov: Mən böhtan atmamışam, mənə böhtan atırlar
please wait

No media source currently available

0:00 0:03:50 0:00

Məhkəmə blogeri təqsirli şəxs kimi tanıyıb

Fevralın 24-də Bakının Suraxanı rayon Məhkəməsində Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayevin bloger Mehman Hüseynova qarşı iddiası üzrə hazırlıq iclası keçirilib.

Polis blogeri Nəsimi polisində ona işgəncələrin verilməsilə bağlı böhtanda ittiham edir və məsuliyyətə cəlb olunmasını tələb edir.

Qeyd edək ki, polis bir neçə ildir ki, M.Hüseynovun sənədlərini alıb və geri qaytarmır. Odur ki, bu gün məhkəmə blogerin şəxsiyyətini foto üzrə müəyyən edib.

Hakim Ceyhun Qədimov M.Hüseynovdan fotodakı şəxsin onun olub-olmadığını soruşduqda bloger cavab verib ki, “bu, o deyil, hansısa yetimdir”.

Hakim vətəndaşın hansı səbəbdən bir neçə ildir ki, sənədlərini ala bilməməsilə bağlı Daxili İşlər Nazirliyindən açıqlama istəməyi lazım bilməyib.

Vəkil Elçın Sadıqov diqqəti Nəsimi polisində “heç zaman işgəncənin olmaması” ilə bağlı iddianın əsassız olmasına yönəldib.

Vəkil Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) 7 may 2015-ci il qərarına əsaslanıb. Belə ki, həmin qərarda blogerin qardaşı Reportoyrların Azadlıq və Təhlükəsizliyi İnstitutunun keçmiş rəhbəri Emin Hüseynovun Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsində qanunusz həbs edilməsi və işgəncə verilməsi (20 iyun 2008-ci ilndə E.Hüseynov bu polis bölməsində saxlanılıb və sonra uzun müddət beyin silkələnməsindən müalicə alıb) faktı tanınıb.

Bundan əlavə, vəkil iddiaya Suraxanı rayon Məhkəməsində baxılmasının əsassız olduğunu deyib. Çünki bloger işgəncə barədə bəyanatı Nəsimi rayon Məhkəməsinin binası qarşısında, yəni Nəsimi rayonu ərazisində verib.

E.Sadıqov həm də AİHM-in presedent qərarını qeyd edib ki, buna görə də fikrin ifadə edilməsi azadlığına görə cinayət məsuliyyətinə cəlb olunması yolverilməzdir.

İddiaçının vəkili Əlirza Xəlilov bunu onunla izah etməyə çalışıb ki, M.Hüseynovun videobəyanatını yayan KİV-lərin ünvanı xaricdə yerləşdiyindən iddianı yaşayış yeri üzrə qaldırmaq lazımdır.

Sonda məhkəmə işin icraata götürülməsi və M.Hüseynovun təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edib.

Mahiyyəti üzrə dinləmələr fevralın 27-i saat 9.30-a təyin edilib.

Blogerin barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilib, ölkədən çıxmamaq haqda iltizam alınıb.

Buna cavab olaraq M.Hüseynov deyib ki, sənədləri olmadığından beş ildən çoxdur ki, xaricə gedə bilmir.

Xatırladaq ki, M.Hüseynov yanvarın 9-da axşam Bakının mərkəzində mülki geyimli şəxslər tərəfindən saxlanılıb. Növbəti gün blogerin Nəsimi rayon Polis İdarəsində olduğu məlum olub. Oradan onu məhkəməyə aparıblar və məhkəmə blogeri “polisə müqavimət göstərdiyinə” görə 200 manat cərimə edib.

Məhkəmədən çıxdıqdan sonra bloger bildirib ki, onu oğurlayıblar və polislər işgəncə veriblər. Ondan hakimiyyət nümayəndələrinin barəsində tənqidi reportajlara son qoymaq tələb olunub.

Daxili İşlər Nazirliyi blogerin bu sözlərini təhqir kimi qiymətləndirib və bu, iddiaya səbəb olub.

Bugünkü məhkəmədən sonra bloger bildirib ki, o heç kimə böhtan atmayıb. “Əksinə məhkəmədə xüsusi ittiham qaydasında iddia qaldırılması mənə qarşı böhtandır. Mən bundan sonra da qanuszuluqlarla bağlı video-reportajlarımı davam etdirəcəm”, o qeyd edib.

Mehman Hüseynov 103 731 izləyicisi olan blogerdir. Onun yüksək vəzifəli dövlət məmurlarının, deputatların villaları barədə yaydığı və başqa video repotajları yüz minlərlə insan tərəfindən izlənilib. Bu reportajlar sosial şəbəkəklərdə geniş müzakirə mövzusu olub, bahalı villaların sahiblərinin gəlirləri barədə hesabat istənilib.

***

Bu gün Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin bloger Mehman Hüseynov barəsində xüsusi ittiham qaydasındakı iddiası üzrə Suraxanı Rayon Məhkəməsində hazırlıq iclası keçirilib.

Amerikanın Səsinin müxbirinin verdiyi məlumata görə, xüsusi ittiham qaydasındakı iddia icraata qəbul olunub.

Vəkil Elçin Sadıqov bildirib ki, xüsusi ittiham qaydasındakı şikayətin icraata qəbul edilməsindən imtina barədə vəsatət qaldırsa da, təmin edilməyib.

Proses 27 fevral saat 09:30-da keçiriləcək.

Mehman Hüseynov yanvarın 9-da axşam saatlarında saxlanılıb. Polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılan bloger bir gün sonra 200 manat cərimə edilməklə sərbəst buraxılıb.

M.Hüseynov azad edildikdən sonra jurnalistlərə deyib ki, saxlanılarkən və sonra polislər ona işgəncə verib.

Nəsimi Rayon Məhkəməsinin qərarında blogerin 200 manat cərimə edilməsi ilə yanaşı, onun şikayətinin prokurorluqda araşdırılması da öz əksini tapıb.

Yanvarın 11-də isə Mehman Hüseynovun vəkili onun bədənində xəsarət yerlərinin və paltarında qan ləkələrinin əks olunduğu fotoları yaymışdı.

Nazirlik hesab edir ki, bloger ona işgəncə verildiyini söyləməklə polisi ağır cinayətdə ittiham etməklə böhtan atır. Nazirlik onun dediklərini təkzib edir. Baş prokurorluq nazirliyin böhtan iddiasına hüquqi qiymət verməlidir.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG