Accessibility links

Milli mətbuat günündə Xədicə İsmayılın məhkəməsi başlayır


Jurnalist Xədicə İsmayıl
Jurnalist Xədicə İsmayıl

İyulun 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırmaçı jurnalist Xədicə İsmayılın cinayət işi üzrə hazırlıq iclası keçiriləcək.

Cinayət işi hakim Ramella Allahverdiyevanın icraatına verilib.

Xədicə İsmayıl Tural Mustafayev adlı şəxsi intihar həddinə çatdırmaqda ittiham olunur.

Xədicə İsmayıla qarşı 2014-cü il dekabrın 5-də Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə ittiham irəli sürülüb.

Sonradan Tural Mustafayev mətbuat vasitəsi ilə şikayətini təzyiq altında verdiyini və şikayətindən imtina etdiyini bəyan edib.

2015-c ilin fevralında jurnalistə qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə- külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələri ilə yeni ittihamlar elan edilib.

AzadlıqRadiosu, beynəlxalq hüquq müdafiə təşkilatları Xədicə İsmayılın prezident İlham Əliyev və onun ailə üzvlərinin biznesini araşdırdığı üçün təzyiqlərlə üzləşdiyini bildirir.

Amnesty İnternational jurnalisti "vicdan məhbusu" elan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG