Accessibility links

Prokurorluq 3 KİV-ə xəbərdarlıq edib


Respublika Baş prokurorluğu
Respublika Baş prokurorluğu

Baş Prokurorluq Müstəqil İnformasiya Agentliyi, Jurnalist Araşdırma Mərkəzi və “Qaynar-media” MMC-nin rəhbərlərinə xəbərdarlıq edib.

Prokurorluğun məlumatında deyilir ki, "jurnalistlərdən reallığa uyğun olmayan, qərəzli və böhtan xarakterli məlumatların yayılmasına son qoymaları tələb edilib. Tələbə məhəl qoyulmazsa, prokurorluq daha ciddi tədbirlər görmək zorunda qalacaq."

Prokurorluq bildirir ki, Mətbuat Şurasının monitorinqinin nəticələri zamanı bəlli olub ki, bir sıra internet saytlarında respublikanın müxtəlif bölgələrində yanvar ayında keçirilən etiraz aksiyaları barədə yayılan məlumatlarda kütləvi informasiya vasitələri qanunvericiliyinin tələbləri pozulub.

Tələbələrin pozulmasına səbəb kimi, prokurorluq həmin məlumatlarda ölkədə sosial-iqtisadi vəziyyətin pisləşməsinin, əhalinin mövcud vəziyyətdən narazı olmasının vurğulanmasının insanları aksiyalara təhrik etmək məqsədi daşımasını göstərib.

XS
SM
MD
LG