Accessibility links

Məhkəmə jurnalist Natiq Cavadlıya "yox" cavabı verdi


Natiq Cavadlı

Natiq Cavadlı

Jurnalist ölkədən çıxışına qoyulan qadağanın götürülməsini istəyir

Avqustun 1-də Nəsimi rayon Məhkəməsində hakim Elman İsayevin sədrliyi ilə jurnalist Natiq Cavadlının ölkədən çıxışına qoyulan qadağa ilə bağlı şikayətinə baxılıb.

Məhkəmə jurnalistin iddiasını təmin etməyib.

Vəkil Elçin Sadıqov proses zamanı bildirib ki, jurnalistin ölkədən çıxışına bir ildir ki, qadağa qoyulub:

"O, Meydan TV ilə bağlı açılan cinayət işində ifadə verib."

Azərbaycanda müstəqil jurnalistlər və siyasi fəallar mütəmadi olaraq basqılara məruz qalır. Onlar çox vaxt qeyri-siyasi ittihamlarla həbs olunur, azadlığa buraxıldıqda belə ölkədən çıxmalarına qadağa qoyulur.

Meydan.TV internet media kanalının vəzifəli şəxsləri barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.2.2.(qanunsuz sahibkarlıq-külli miqdarda gəlir əldə etməklə), 213.2.2 (külli miqdarda vergiləri ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə-seçkilərin və ya referendumun nəticələri saxtalaşdırmaqla və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə AR Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində 152006048 saylı cinayət işinin istintaqı aparılır.

Azərbaycanda müstəqil jurnalistlər və siyasi fəallar mütəmadi olaraq basqılara məruz qalır. Onlar çox vaxt qeyri-siyasi ittihamlarla həbs olunur, azadlığa buraxıldıqda belə ölkədən çıxmalarına qadağa qoyulur.

Dünya miqyasında prestijli mükafatlarla təltif olunmuş AzadlıqRadiosunun jurnalisti Xədicə İsmayıl hazırda şərti həbs cəzası altındadır və ölkədən xaricə səyahət edə bilmir. Xaricə çıxışı məhdudlaşdırımış siyasi fiqurlar sırasında Azərbaycan Xalq Cəbhəsinin lideri Əli Kərimli də var.

XS
SM
MD
LG