Accessibility links

Jurnalistin şikayəti təmin edilməyib


Fikrət Fərəməzoğlu
Fikrət Fərəməzoğlu

Fikrət Fərəməzoğlu tutulan zaman işgəncəyə məruz qaldığını bildirir

Noyabrın 21-də Bakının Səbael Rayon Məhkəməsində hakim Rauf Əhmədovun sədrliyilə jurnalist Fikrət Fərəməzoğlunun işgəncə ilə bağlı şikayətinə baxılıb.

Müdafiə tərəfinin vəsatətinə baxmayaraq, jurnalist məhkəməyə gətirilməyib. Bu barədə vəkil Elçin Sadıqov bildirib.

F.Fərəməzoğlunun təkrar tibbi-məhkəmə ekspertizası barədə vəsatət də təmin edilməyib.

F.Fərəməzoğlunun sözlərinə görə, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində onu döyərək dişlərini sındırıblar.

Lakin məhkəmə jurnalistin şikayətini təmin etməyib. Vəkil qərardan apellyasiya şikayəti verəcək.

F.Fərəməzoğlu 2016-cı il iyunun 30-da saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 182-ci maddəsi (hədə-qorxu ilə rüşvət tələb etmə) ilə ittiham irəli sürülüb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, jurnalist bir sahibkardan 3000 manat rüşvət alarkən saxlanılıb.

Sonradan ona qarşı ittiham daha da sərtləşdirilib: “bir qrup şəxs tərəfindən hədə-qorxu ilə rüşvət tələb etmə və ya əmlakın ələ keçirilməsi məqsədilə bu cür hərəkətlərin törədilməsi”.

Əgər birinci ittiham üzrə F.Fərəməzoğlunu 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyirdisə, indi onu əmlakı müsadirə olunmaqla 10 ilədək həbs cəzası gözləyir.

F.Fərəməzoğlu yerli hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.

XS
SM
MD
LG