Accessibility links

Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başlayıb [Video]


Forumda dünyadakı mövcud münaqişələr və mədəniyyətlərarası əlaqələrdən bəhs edilib

Bakıda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işinə başlayıb. Forumda dünyanın 100-dən çox ölkəsindən nümayəndələr iştirak edir.

Forum “Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq” devizi altında keçirilir. Mövzu “2015-ci ildən sonrakı inkişaf gündəliyində mədəniyyət və davamlı inkişaf”dır.

Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başlayıb

Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başlayıb

Müzakirələr mədəniyyətlər arasında etimad və əməkdaşlığın möhkəmləndirilməsində dinin, miqrasiya prosesinin, idmanın, təhsilin, incəsənətin, turizmin və biznesin rolu ətrafında aparılır.

Forumda əsas tərəfdaşlar kimi UNESCO, BMT-nın Sivilizasiyalar Alyansı, Avropa Şurası, ISESCO, Ümumdünya Turizm Təşkilatı və s. beynəlxalq qurumların rəhbərləri çıxış edib.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Foruma qatılıb.

Prezident Əliyev bildirib ki, Azərbaycan mədəniyyətlərarası dialoqda mühüm rol oynayır.

“Etnik və müxtəlif dinlərin təmsilçiləri həmişə Azərbaycanda tolerant şəkildə yaşayıb. Tarixi irsimiz mədəni müxtəlifliyə yanaşmanı ortaya qoyur. Şamaxıda 743-cü ildə inşa edilmiş dünyanın ən qədim məscidlərdən biri, Şəkidə alban kilsəsi, Abşeronda atəşpərəstlərin məbədi yerləşir. Bu gün Azərbaycanda müxtəlif etnik qrupların nümayəndələri yaşayır və inkişafımıza töhfə verir. Biz beynəlxalq tədbirləri ona görə keçiririk ki, multikultiralizm ənənələrini təbliğ edək”.

Forum

Forum

Prezident hazırda dünyada baş verən hadisələrin narahatlıq doğurduğunu deyib.

“Qonşuluğumuzda neofaşist hərəkatlar görürük. Dünyada dini, etnik, sekta qarşıdurmaları var. Bəzi hallarda dini ədavət bilərəkdən inkişaf etdirilir və yayılır. Beynəlxalq ictimaiyyət bu məsələni ciddi şəkildə nəzərdən keçirməlidir. Biz birgə səylərlə bu döyüşdən qalib çıxa bilərik”.

Əliyev qarşıdurmalardan qalib çıxmaq üçün iqtisadi və siyasi islahatları, təhsilin inkişafının vacibliyini qeyd edib.

“Əgər cəmiyyətin dəstəyinə nail olunursa islahatlar uğurlu olur. Azərbaycan siyasi və iqtisadi islahatları uğurla davam etdirir. Bütün fundamental azadlıqlar, - siyasi, iqtisadi, media azadlığı tam təmin edilib. İnternetdən tam azad istifadə var”, prezident qeyd edib.

Dövlət başçısı mədəniyyətlərarası dialoqda təhsilin rolunu xüsusi vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan əhalisinin hamısı təhsillidir.

“Təhsil radikalizmə, terrorizmə qarşı ən yaxşı vasitədir. Ona görə də forumda bu müzakirələr diqqət mərkəzində olacaq. Fikrimcə, Azərbaycanın təcrübəsi maraqlı ola bilər. Biz indi təhsil sistemimizi beynəlxalq standartlara uyğunlaşdırırıq. Sevinirik ki, gənc nəsil savadlı olmağa, həyatda öz yerini tutmağa, Azərbaycanın potensialına çevrilməyə çalışır".

Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başlayıb

Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başlayıb

BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz əl-Naser deyib ki, dünyada davamlı inkişaf və irəliləyişə maneə olan məhudiyyətlər aradan qaldırılmalıdır. Ədalətsizlik, yaxşı olmayan idarəçilik, terrorçuluq, ksenofobiya, ayrıseçkilik ziddiyyətləri yaradan əsas amillərdir.

“Miqrasiya qanunlarına daha çox fikir verilməlidir. Avropada yaxşı həyat axtarmaq üçüm gələnlər Aralıq dənizində həlak olur. Digər tərəfdən isə Afrikada yerli olmayan insanlara hücum edirlər”, o qeyd edib.

Nasir Əbdüləziz əl-Naser bildirib ki, terrorizmin və ekstremizmin qarşısını almaq üçün kollektiv mübarizə tələb olunur.

Allahşükür Paşazadə və Mübariz Qurbanlı

Allahşükür Paşazadə və Mübariz Qurbanlı

“Qlobal cəmiyyətlər olaraq inkluzivliyi, anlaşmanı, dialoqu təmin etməliyik. İnsanları ayırıcı yox, birləşdirici faktorlar üzərində fikirləşməliyik. Çoxtərəfli yanaşma gərginliyi aradan qaldıra bilər”, o qeyd edib.

UNESCO-nun baş direktoru İrina Bokova deyib ki, ötən həftə UNESCO "Qədimdən müasirliyə" adlı sərgi təşkil edib. Sərgidə Azərbaycanın 12-ci əsrdə yaşamış şairəsi Məhsəti Gəncəvinin əsərləri təqdim olunub.

UNESCO direktoru dünyada zorakı ekstremizmin genişlənməsindən narahatdır.

“Dünyada zorakı ekstermizmi görürük. Məscidlər, kilsələr, sinaqoqların dağıdılmasını görürük. Təhsilə, xüsusilə məktəblərdə qızlara hücum görürük. Jurnalistlərin öldürülməsini görürük. Mədəniyyətlər müxtəlif olsa da, dünya insan hüquqlarına hörmət edən bütöv bir icmadır. Müxtəlif mədəniyyətlər zənginlikdir, ayrıseçkilik deyil. Hər bir qadının və kişinin fikrini azad ifadə etməsinə imkan verilməlidir. Tənqidi yanaşmanı inkişaf etdirməliyik. Mədəni müxtəliflik insan hüquqlarının digər adıdır”, Bokova qeyd edib.

Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başlayıb

Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başlayıb

İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni deyib ki, bəzi dairələr iddia edə bilərlər ki, multikulturalizm uçuruma gedir.

“Amma biz multikultiralizmi inkişaf etdirmək üçün cəmiyyətdaxili ziddiyyətləri aradan qaldırmalıyıq. Biz insanıq, yaşamalıyıq. İnsanları təhlükələrdən qorumalıyıq. Biz Afrika haqqında düşünməliyik. Orada insanları münaqişələrdən xilas etməliyik. Biz tək yaşamamalıyıq, birgə yaşamalıyıq”, o qeyd edib.

İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tüveycri deyib ki, dünyanın müxtəlif yerlərində ədavət görür.

“Bu, xüsusən terrorçuluğu və dini sekta yanaşmasını artırır, geniş məkanları əhatə edir, xaos bir çox yerlərdə özünü büruzə verir”, o qeyd edib.

İSESCO-nun baş direktoru BMT-nin qətnamələrinin yerinə yetirilmədiyinə işarə edərək, bir çox münaqişələrdə, o cümlədən Dağlıq Qarabağ, Fələstin və Mərakeşin adalarının işğalı ilə bağlı sənədlərdə funksionallığın itirildiyini bildirib.

Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başlayıb

Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başlayıb

“Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Ermənistan, Fələstinin İsrail, Mərakeşin adalarının İspaniya tərəfindən işğalına son qoyulmalıdır. BMT qətnamələrinin icrası qarşılıqlı etimada şərait yaradar. Bu zaman cəmiyyətlər problemlərin həllini qarşıdurmalarda deyil, BMT-də görər”, o deyib.

BMT-nin Ümumdünya Turizm Təşkilatının baş katibinin turizm və sülh üzrə müşaviri Amr Abdel-Qaffar Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifainin təbrik məktubunu oxuyub.

Baş katibin məktunda deyilir ki, 1 ildə 1 milyard insan turist kimi yerini dəyişir, sərmayə artır, iqtisadiyyat inkişaf edir.

“Elə ölkə var ki, turizm iqtisadiyyatının 30 faizindən çoxunu təşkil edir. Turizm təkcə iqtisadi inkişaf deyil, həm də insanlar arasında əlaqədir. Bu təhlükəsizliyin təmini, dialoq, dəyişiklik yaradılması üçün vacib amildir”, o qeyd edib.

Əbülfəz Qarayev

Əbülfəz Qarayev

Azərbaycanın mədəniyyət və turizmi naziri Əbülfəs Qarayev Amerikanın Səsinə müsahibəsində bildirib ki, Azərbaycanın keçirdiyi bu tədbir dünyada sülhün bərqərar oması üçün çox vacibdir.

XS
SM
MD
LG