Accessibility links

Rusiyada Pişik Qiyamı qrupunun müğənniləri iki il həbs cəzasına məhkum edildi


Birləşmiş Ştatlar, Avropa ölkələri və insan haqları fəalları Rusiya rok musiqiçilərinin həbsinə daır qərarı pisləyib.

Rusiyalı hakim kilsədə prezident Vladimir Putini məsxərəyə qoyan siyasi mahnı ifa etməklə xuliqanlıqda ittiham edilən üç müğənni qadınla bağlı qərar çıxarıb.

Məhkəmə Pişik Qiyamı qrupunun üç müğənnisini şəhərin əsas kilsəsində siyasi mahnı oxuduqlarına görə iki il müddətinə azadlıqdan məhrum edilməsinə dair qərar çıxarıb.

Məhkəmə zamanı zal insanlarla dolu olub. RİA Novosti xəbər agentliyi məhkəmənin həyətində yüzlərlə insan toplaşdığını bildirir.

Kütlədən bəzi insanlar qərara etirazlarını bildirib, digərləri isə etirazları dəstəkləmək üçün şüarlar səsləndirib.

Prokuror ötən həftə yekun sözündə onların həm kilsəni, həm də ziyarətçiləri təhqir etdiyni deyib.
XS
SM
MD
LG