Accessibility links

Yeni siyahı – 162 nəfər “siyasi məhbus” var


Mitinq
Mitinq

“Siyasi məhbus” siyahısı” yenilənib. Bunu Siyasi Məhbusların Müdafiə Mərkəzinin koordinatoru Oqtay Gülalıyev bildirib.

Onun sözlərinə görə, mərkəz aprelin 1-də keçirdiyi toplantısında müxtəlif ittihamlarla həbs olunan ictimai fəalların, müxalifət partiyalarına mənsub şəxslərin durumunu müzakirə edib.

“Müzakirələr zamanı dövlət başçısı İlham Əliyevin 16 mart tarixli əfv sərəncamı siyasi məhbusların azadlığa çıxması baxımdan növbəti imitasiya kimi qiymətləndirilib”, Oqtay Gülalıyev deyib.

Onun sözlərinərə, həbsdə olan bəzi fəallar azadlığa çıxdıqlarına görə mərkəzin tərtib etdiyi “siyasi məhbus” siyahısından 9 nəfərin adı çıxarılıb, 6 şəxsin adı isə əlavə edilib: “Jurnalist İkram Rafiqoğlu, prezident qvardiyasının keçmiş əməkdaşı Asif Lətifov, bloqçu Əbdül Əbilov, “Azadlıq” qəzetinin redaktoru Qənimət Zahidin qohumlarının, dini fəallar Namiq Kişiyev və Nicat Əliyev, o cümlədən, AXCP üzvü Zeynalabdin Bağırzadənin adı siyahıdan çıxarılıb”.

Oqtay Gülalıyev deyir ki, bu yaxınlarda həbs olunan jurnalist Elçin İsmayıllı, bloqçular Mehman Qələndərov və Mehman Hüseynov, dini fəal Sərdar Babayev, AXCP üzvü Elnur Fərəcəov və MBH üzvü Elxan İsgəndərovun adı siyahıya daxil edilib:

“Bu şəxslərə saxta ittihamlar verilib, əslində, ictimai və siyasi fəaliyyətlərinə görə həbs ediliblər. AŞPA- nın siyasi məhbuslarla bağlı məlum ktirteryiyasının tələblərinə cavab verdiyindən onları siyasi məhbus adlandırırıq”, koordunator vurğulayıb.

Siyasi Məhbusların Müdafiə Mərkəzinin tərtib etdiyi siyahıda hazırda 162 nəfərin adı var.

Oqtay Gülalıyev deyir ki, ötən ilin yanvarında bahalaşma əleyhinə etiraz aksiyasında iştirak etdiyinə görə həbs olunan bir qrup Siyəzən sakininin də “potensial siyasi məhbus kimi tanınması” qərara alınıb.

Gülalıyev həmçinin Göyçayda hüquq müdafiəçisi Taleh Xasməmmədova polis tərəfindən təzyiq edilməsini də pisləyib.

Azərbaycan hakimiyyəti birməanlı şəkildə ölkədə “siyasi məhbus” olmadığını bildirir.

Rəsmilər hamının anun qarşısında bərabər olduğunu, azad və ədalətli məhkəmələr olduğunu bəyan edir. Rəsmi qurumların fikrincə, həbs edilən fəallar qanunun tələblərini pozub.

Bununla yanaşı, Avropa İnsan Hüquqları Məhkəməsi insane hüquqların pozulması faktları üzrə onlarla şikayəti təmin edib.

Amnesty İnternational (Beynəlxalq Əfv) təşkilatı Azərbaycanda ondan çox insanı “vicdan məhbusu” elan edib.

XS
SM
MD
LG