Accessibility links

Dünya idman ulduzları Məhəmməd Əliyə ehtiram bildirib [Video]


Əfsanəvi boksçunun London Olimpiadasının açılışında iştirak edəcəyi haqda məlumatlar verilib

Dünya idman ulduzları və məşhurlar London Olimpiadasının başlaması ərəfəsində əfsanəvi boksçu Məhəmməd Əliyə ehtiramlarını bildirərək, Londonda qala keçirib.

70 yaşlı Məhəmməd Əli Viktoriya və Albert muzeyində “Sülh naminə İdman” adlı xeyriyyə tədbirində iştirak edib.

Tədbir zamanı Məhəmməd Əli Mərkəzi və Parkinson xəstələyi ilə bağlı araşdırmalar üçün maliyyə vəsaiti toplanıb.

Özü də Parkinson xəstəliyinə tutulmuş Məhəmməd Əli 30 ilə yaxındır beyində degenerativ proseslərdən əziyyət çəkir.

O zaman adı Kassius Kley olan əfsanəvi boksçu 1960-cı ildə Romada Olimpiya oyunlarında qızıl medal qazanmışdır.

Britaniya qəzetlərində Məhəmməd Əlinin cümə günü Londonda Olimpiya oyunlarının açılışı məraimisndə iştirak edəcəyi haqda məlumatlar verilib.

Olimpiya komitəsinin rəsmiləri hələlik bu məlumatı təsdiq etməyib.

Məhəmməd Əli
please wait
Embed

No media source currently available

0:00 0:00:19 0:00

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG