Accessibility links

NİDA Vətəndaş Hərəkatının daha bir üzvü əfv istəyir [Audio-müsahibələr]


NİDA Vətəndaş hərəkatının üzvü Şahin Novruzlu

NİDA Vətəndaş hərəkatının üzvü Şahin Novruzlu

Şahin Novruzlunun atası İbrahim Novruzlu və vəkil Nemət Kərimlinin Ametrikanın Səsinə müsahibəsi -təzyiq, təklif və ərizə

NİDA Vətəndaş hərəkatının daha bir üzvü, Şahin Novruzlu prezident İlham Əliyevə müraciət edib

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin yaydığı məlumatda deyilir :

Şahin Novruzlunun əfv ərizəsi

Şahin Novruzlunun əfv ərizəsi

“Möhtərəm cənab Prezident, mən Novruzlu Şahin İbrahim oğlu 1995-ci il 16 sentyabr tarixində anadan olmuşam. Orta məktəbi əla qiymətlərlə bitirmiş və təhsilimi Odlar Yurdu universitetinin maliyyə-kredit fakultəsində davam etmişəm. Ötən bir il ərzində keçdiyim qısa gənc həyatıma nəzər salmağa imkanlarım çox olmuşdur. Düşünürəm ki, məhkum olmağım həyatımda ən böyük səhvdir. Mənə bu səhvi düzəltmək üçün yenidən bir şans verməyi sizdən xahiş edir, daim göstərdiyiniz insanpərvərlik və humanizm prinsirlərinə söykənərək məni əfv etmənizi rica edirəm.

Qeyd etmək istəyirəm ki, indiyə qədər heç bir siyasi təşkilatın üzvü olmamışam və bundan sonra heç bir siyasi təşkilatın üzvü olmayacağam.

Möhtərəm cənab Prezident, şəxsim adına söz verirəm ki, həyatımı dövlətimizin layiqli vətəndaşı kimi yaşayacağam ”

Bundan əvvəl gənc fəal Bəxtiyar Quliyev NİDA-dan imtina edib və etdiyi əməllərə görə peşmançılıq çəkdiyini bildirib. Bundan öncə isə AXCP və NİDA-çı fəalı Elsəvər Mürsəlli eyni xarakterli ərizə yazıb.

Ərizədən sonra Sumqayıt Apellyasiya Məhkəməsi Elsevər Mürsəllinin gəbs cəzasını 5 ildən 2 ilə endirib.

NİDA-çılar 2013-cü ilin mart-may aylarında həbs olunub. Onlar əsgər ölümlərinə etiraz olaraq martın 10-da keçirilən aksiya zamanı iğtişaşların təşkilində ittiham olunurlar. Fəallara qarşı həmçinin qanunsuz narkotik və partlayıcı maddə saxlamaq, xuliqanlıq ittihamları irəli sürülüb. Gənc fəallar ittihamları qəbul etmir, siyasi sifariş hesab edir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Qurbanlı 8, İlkin Rüstəmzadə 8, Rəşadət Axundov 8, Rəşad Həsənov 7 il 6 ay, Bəxtiyar Quliyev 7, Məmməd Əzizov 7 il 6 ay, Üzeyir Məmmədli 7 il, Şahin Novruzlu 6 il müddətinə azadlıqdan məhrum edilib.

“Amnesty İnternational” beynəlxalq insan hüquqları təşkilatı onları vicdan məhbusu elan edib.

Öz növbəsində Şahin Novruzlunun atası İbrahim Novruzlu oğlunun prezidentə müraciətindən xəbərsiz olduğunu deyib.

O, Amerikanın Səsinə müsahibəsində bildirib ki, bu barədə söhbət uzun müddətdir gedib.Axir belə bir shey olacaqdı.

“İnanmıram ki, oğluma fiziki təzyiq ediblər. Bəzi şeyləri indi deyə bilmirəm. Çox şeyi nəzərə almaq olar. Mən belə bir şeyi bəyənmirəm, amma hər halda olubdu. Şahin ərizəsində siyasi kursunun dəyişməsi ilə bağlı heç nə yazmayıb. Şahin əvvəllər mənimlə danışmışdı. Mövqeyi belə idi ki əfv yazmayacaq. Deyirdi ki mənim heç bir günahım yoxdur. Ola bilsin ki, təsir və ya təklif olunub”, deyə o bildirib.

Bununla belə İbrahim Novruzlu oğlunun həbsi zamanı istintaq orqanının evindən götürdüyü 94 min manatın hələ də qaytarılmadığını deyib.

Öz növbəsində Şahin Novruzlunun vəkili Nemət Kərimli müdafiə etdiyi şəxsə qarşı təzyiqlərin olduğunu düşünür.

Vəkil Amerikanın Səsinə müsahibəsində Şahin Novruzlunun əfv ərizəsi yazmasından təəccüblənmədiyini və təəsüflənmədiyini deyib.

Onun fikrincə bu cür siyasi sifarişli işlərdə hakimiyyət qanunsuz olaraq təzyiq edir və buna görə də məhkəmə hökmü çıxandan sonra hər gün əfv ərizəsi yazdırmaq üçün təzyiq edilir.

XS
SM
MD
LG