Accessibility links

Ramiz Rzayev: 12 ildə 85 iş üzrə Konvensiyanın pozulması faktı yüksək rəqəm deyil


Ali Məhkəmənin sədri Ramiz Rzayev
Ali Məhkəmənin sədri Ramiz Rzayev

Sədrin sözlərinə görə çox pozuntu ədalətli məhkəmə araşdırması hüququnun pozulması ilə bağlıdır

“2002-ci ildən 2014-cü ilin oktyabr ayının əvvəlinə qədər Azərbaycan üzrə baxılan işlərdən cəmi 85-də İnsan Hüquqları və Əsas Azadlıqları üzrə Avropa Konvensiyasının pozulması müəyyən edilib”.

Bu barədə Ali Məhkəmənin sədri Ramiz Rzayev Ali Məhkəmənin təşkilatçılığı ilə Avropa İnsan Haqları Konvensiyasının tətbiqinə dair tədbirdə deyib.

Onun sözlərinə görə Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür, 2002-ci ildən Avropa İnsan Haqları Məhkəməsi Azərbaycandan ünvanlanan işlərə baxır.

Məhkəmənin sədri deyib ki, elə ölkələr var ki, 1 il ərzində 200, 300 işdən söhbət gedir.

Ali Məhkəmənin sədri bildirib ki, 12 il ərzində 85 iş üzrə Konvensiyanın pozulması faktı yüksək rəqəm deyil.

“Azərbaycan bu iş üzərində çalışır, seminarlar keçirilir. Eyni zamanda pozuntu hallarına yol verilən işləri təhlil edirik. Ən çox pozuntu Konvensiyanın 6-cı maddəsinin - ədalətli məhkəmə araşdırması hüququnun pozulması ilə bağlıdır. Məhkəmə sonuncu instansiya olduğu üçün bütün icra qurumlarının yol verdiyi halların qarşısını gərək məhkəmə alsın. Nəticədə nöqsanı məhkəmə qərarında tuturlar. İkinci pozuntu Konvensiyanın Əlavə Protokolunun birinci maddəsi - mülkiyyət hüququ ilə bağlıdır. Əsasən pozuntu bu iki halla bağlıdır”, sədr vurğulayıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG