Accessibility links

İntiqam Əliyevin həbs müddəti 3 ay uzadılıb, səhhəti pisləşib


İntiqam Əliyev

İntiqam Əliyev

Əliyevin səhhəti qəflətən pisləşib

Bu gün Nəsimi rayon məhkəməsində hüquq müdafiəçisi İntiqam Əliyevin həbs müddətinin uzadılması barədə istintaq orqanının vəsatətinə baxılıb. Məhkəmə vəsatəti təmin edib, onun barəsində həbs qətimkan tədbirini 3 ay (08 fevral 2015-ci il) uzadıb.

Bununla yanaşı məhkəmə İ.Əliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı və ya girov qismində qətimkan tədbiri ilə əvəz edilməsinə dair vəsatətləri təmin etməyib.

Ailə üzvləri Amerikanın Səsinə bildirib ki, məhkəmədə İ.Əliyevin səhhəti qəfildən pisləşib.

Avqustun 8-də Nəsimi rayon məhkəməsi “Hüquq Maarifçiliyi” Cəmiyyətinin rəhbəri İntiqam Əliyev barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib.

İntiqam Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 192.2-ci (qanunsuz sahibkarlıq) maddələri ilə təqsirləndirilir.

İntiqam Əliyevin həbsini siyasi sifariş sayır. O Amnesty İnternational təşkilatı tərəfindən “vicdan məhbusu” kimi tanınıb.

XS
SM
MD
LG