Accessibility links

Mehriban Zeynalova: Azərbaycanda gender bərabərliyi sözdə qalan bir məsələdir [Audio]





Azərbaycanda gender bərabərliyinin ümumi vəziyyətini necə qiymətləndirmək olar? Təmiz Dünya ictimai birliyinin rəhbəri Mehriban Zeynalova hesab edir ki, Azərbaycanda gender bərabərliyi sözdə qalan bir məsələdir.

“2006-cı ildə gender bərabərliyi ilə bağlı qanunun qəbul edilməsinə baxmayaraq, bu sənəd dekorativ mahiyyət daşıyır. Azərbaycanda yüksək səviyyəli vəzifələrdə qadınlara hələ də yer yoxdur. Həkim və müəllimlər arasında qadınlar çoxluq təşkil etsə də, gender bərabərliyi sahəsində vəziyyət ürəkaçan deyil.

Qadınların zorakılıqlardan qorunması üçün nə kimi mexanizmlər mövcuddur?
Təmiz Dünya ictimai birliyinin rəhbəri bildirib ki, Azərbaycanda qadınların müdafiəsinə bir neçə qanun var ki, onlar mühüm rol oynaya bilər.

”Lakin təəssüflər olsun ki, mövcud stereotiplər, adətlər, məmurların qadınlara münasibəti qadınların hüquq bərabərliyinə maneələr törədir.

Azərbaycandakı iqtisadi və sosial durumun qadınların vəziyyətinə müsbət təsiri olmadığı aydın məsələdir. Bu sahədə qadınlara nə kimi yardım göstərilməli olduğundan danışan Mehriban Zeynalova ilk öncə qadınların sosial müdafiəsinin vacibliyini vurğulayıb.

O, deyib ki, qadın və qızların təhsilinə, qadın mərkəzlərinin yaradılmasına və cəzaların tətbiqinə diqqət yetirilməlidir.
XS
SM
MD
LG