Accessibility links

Mehriban Əliyevanın prezidentliyə namizədliyi irəli sürülüb


İlham Əliyev və Mehriban Əliyeva

İlham Əliyev və Mehriban Əliyeva

Əliyevanı Hacı Əbdülün rəhbərlik etdiyi Vətən Naminə Xalq Hərəkatı irəli sürüb

“Vətən Naminə Xalq Birliyi” (VNXB) Hərəkatı bu ilki prezident seçkilərinə deputat Mehriban Əliyevanın namizədliyini irəli sürür. Bu haqda qurumun yaydığı bəyanatda deyilir.

Müəlliflər namizədlikləri qeydə alınan prezidentliyə iddialıların bəzilərini şəxsi keyfiyyətlərinə, bəzilərini həmin namizədi əhatə edən qüvvələrin xalq arasında nüfuzunu itirmələrinə görə prezident olmağa layiq görmürlər. Hərəkat prezidentliyə namizədlikləri irəli sürülən bütün iddialıların xalqın tələblərinə cavab verə biləcəklərinə şübhə etdiyini bildirir. Bu səbəbdən M.Əliyevanın namizədliyini ən məqbul sayırlar.

Hərəkat apardığı sorğunun nəticələrinə görə M.Əlieyvanın xalq arasında böyük nüfuza, etibara malik olduğunu iddia edir, ölkənin bütün problemlərinin öhdəsindən gələcəyini vurğulayır. Həm də M.Əliyevanın bütün rəqiblərinə böyük üstünlüklə qalib gələcəyi proqnozu verir.

“Xalqın, vətənin gələcəyi naminə M.Əliyevanın namizədliyini dəstəkləyir, bu yolda bütün imkanlardan istifadə etməyi qarşıya məqsəd qoyuruq”, deyə sənəddə deyilir.
Müəlliflər qəbul etdikləri qərarın bu günün tarixi tələbindən irəli gəldiyini deyərək, M.Əliyevanın müsbət cavab verəcəyini bəyan güman edirlər.

VNXB 2013-cü ilin iyununda “Tövbə” cəmiyyətinin, “İmam Hüseyn” dini icmasının sədri Hacı Əbdülün başçılığı altında yaradılıb. Hərəkata “Tövbə” Cəmiyyəti ilə yanaşı, “Bakı-Dirçəliş”, “Azərbaycan Tərəqqi Alyansı” qurumları daxildir.

Bundan öncə də bir neçə qurum birinci ledi Mehriban Əliyevanın prezidentliyə namizədliyini irəli sürüb. Lakin iqtidarda olan Yeni Azərbaycan tərəfindən hazırkı prezident, YAP sədri İlham Əliyevin namizədliyi irəli sürülüb. Mərkəzi Seçki Komissiyası İlham Əliyevin namizədliyini təsdiq edib.
XS
SM
MD
LG