Accessibility links

Məmməd İbrahim: Əvvəl-axır Azərbaycanda demokratik dövlət qurulacaq [Audio-Müsahibə]


Məmməd İbrahim

Məmməd İbrahim

Həbsdən bir günlük buraxılmış AXCP sədrinin müşaviri Amerikanın Səsinə müsahibə verib

“Atamın vəfatı ilə bağlı narahatlığımız oldu. Amma, qalan işlər normalıdr”. Bu barədə atasının yas mərasimində iştirak etmək üçün cəzaçəkmə müəssisəsindən bir günlük azadlığa buraxılmış Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahim Amerikanın Səsinə müsahibəsində bildirib.

Məmməd İbrahimin atası sentyabrın 3-də vəfat edib. Ona atasının dəfnindən üç gün sonra yas mərasimində iştirak üçün icazə verilib. M.İbrahim Bakıda 16 saylı cəzaşəkmə müəssisəsndə saxlanılır və hazırda Yevlax şəhərində (Bakıdan 295 kilometr qərb) yas mərasimində iştirak edir.

M.İbrahim AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayəti əsasında 2015-ci il sentyabrın 30-da həbs olunub. Mikayıl Quliyevə qarşı fiziki qüvvə tətbiqində ittiham olunan Məmməd İbrahimə Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.

Məmməd ibrahim

Məmməd ibrahim

Bir müddət sonra daha iki nəfər - Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət verərək bildiriblər ki, insident zamanı ayırmaq istərkən Məmməd İbrahim onlara qarşı da fiziki qüvvə tətbiq edib.

Bundan sonra M.İbrahimə qarşı ittiham ağırlaşdırılıb və Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinə tövsif olunub. O, 3 il azadlıqdan məhrum edilib.

Məmməd İbrahim Amerikanın Səsinə müsahibəsində həbsinin ictimai-siyasi fəaliyyəti ilə əlaqəli olduğunu bildirib.

“Həbsim birbaşa sifarişdir. Heç bir başqa səbəbi yoxdur”.

O inanır ki, Azərbaycanda əvvəl-axır ədalət qalib gələcək.

“Əvvəl-axır Azərbaycanda demokratik dövlət qurulacaq. Bu qanusuzluqların günahkarları bir gün cəzalarını alacaqlar”, İbrahim bildirib.

Məmməd İbrahim cəzaçəkmə müəssisəsində məhbuslara qarşı münasibətin normal olduğunu deyib.

XS
SM
MD
LG