Accessibility links

Azərbaycan xalqı Məmməd Əmin Rəsulzadə gününü qeyd edir [Video]


Məmməd Əmin Rəsulzadənin abidəsi önündə mitinq
please wait

No media source currently available

0:00 0:06:53 0:00

Məmməd Əmin Rəsulzadənin abidəsi önündə mitinq

Azərbaycan dövlətinin banisi 1884-cü il, 31 yanvarda Novxanı kəndində anadan olub

Bu gün Novxanı qəsəbəsində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC 1918-1920-ci illər) banilərindən olmuş Məmməd Əmin Rəsulzadənin anadan olmasının 129-cu ildönümünə həsr olunmuş mitinq keçirilib.

Aksiyada müxalifət partiyalarının liderləri və fəalları, vətəndaş cəmiyyətinin çoxsaylı üzvləri, ziyalılar, ictimai xadimlər iştirak edib.

AXCP lideri Əli Kərimli deyib ki, Rəsulzadənin həyat yolu öz vətənini sevən, onu demokratik və çiçəklənən dövlət kimi görmək istəyən hər bir azərbaycanlı üçün nümunə və qurur mənbəyidir.

Əli Kərimlinin sözlərinə görə, indiki gənc nəsil AXC banilərinin başladığı işi davam etdirəcək. “Biz respublikanı bərpa edəcəyik”-deyə o bildirib.

Müsavat Partiyasının lideri İsa Qəmbər Azərbaycanda yeni kütləvi xalq hərəkatının başlandığını bəyan edib. “Bu, mütləq demokratik qüvvələrin qələbəsi ilə başa çatacaq, Rəsulzadə və AXC ideyalarının təcəssümü olacaq”-deyə o qeyd edib.

Azərbaycan tarixinin ən görkəmli şəxsiyyətlərindən olan Rəsulzadə Azərbaycan milli istiqlal hərəkatına başçılıq etmişdir. Onun "Bir kərə yüksələn bayraq, bir daha enməz!" ifadəsi 20-ci əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarına çevrilmişdir.
XS
SM
MD
LG