Accessibility links

Ban Ki Mun: Danışmaq təhlükəsiz olanda bütün dünya bundan bəhrələnəcək


BMT-nin baş katibi Ban Ki Mun

BMT-nin baş katibi Ban Ki Mun

BMT Baş katibi Beynəlxalq Mətbuat Azadlığı Günü münasibəti ilə müraciət qəbul edib. On ildə 600 jurnalist qətlə yetirilib; onlardan azı 120-si 2012-ci ildə öldürülüb

BMT-nin Baş katibi Pan Ki Mun 3 May Beynəlxalq Mətbuat Azadlığı Günü münasibəti ilə müraciət qəbul edib.

İfadə azadlığı yaxşı idarəetmə, davamlı inkişaf və uzunmüddətli sülh və sabitliyin əsasıdır.
Sənəddə deyilir ki, ifadə azadlığı İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 19-cü bəndində öz əksini tapmış əsas insan hüquqlarından biridir. İfadə azadlığı yaxşı idarəetmə, davamlı inkişaf və uzunmüddətli sülh və sabitliyin əsasıdır.

“Bununla belə, hər gün dünyanın bir çox yerlərində jurnalistlər və media işçiləri təzyiqə məruz qalırlar. Mətbuat işçiləri onları susdurmaq və senzuraya məruz qoymaq istəyən hökumətlər, şirkətlər, cinayətkar qüvvələr və başqaları tərəfindən hədə, təhlükə və zorakılığa məruz qalırlar”, o qeyd edib.

Hər gün dünyanın bir çox yerlərində jurnalistlər və media işçiləri təzyiqə məruz qalır.
Bu ilki Beynəlxalq Mətbuat Azadlığı gününün mövzusu - Danışmaq təhlükəsizdir: bütün media vasitələrində ifadə azadlığının təminatı”- jurnalistlərə öz vəzifələrini yerinə yetirmək hüquqlarını qorumaq üçün hərəkata ehtiyac olduğunu vurğulayır.
Baş katibin fikrincə, ənənəvi media platformaları olan radio, qəzet və televiziyadan daha çox məşhurlaşan sosial media vasitələri, bloqlar və vətəndaş jurnalistikasına keçid jurnalistləri daha çox risk altına atır.

“Ötən on il ərzində 600-dan çox jurnalist qətlə yetirilmişdir; onlardan ən azı 120-si ötən il öldürülənlərdir. Yüzlərlə jurnalist həbs edilib. Təhlükələr təkcə fiziki deyil hədə-qorxu, kiber-hücumdan tutmuş təhqirlərə qədər olur. Güc sahibləri mediaya bir çox alətlərlə təzyiq edərək qeyri-qanuni hərəkət və ya pozuntuların işıqlandırılmasının qarşısını almaq istəyirlər.

Narahat edən məqamlardan biri də qanunu pozanlar çox vaxt cəzasız qalması faktıdır.
Bunlar fərdi faciələr olsa da, bütövlükdə onlar insanların həqiqəti bilmək hüquqlarına qarşı böyük maneədir. Narahat edən məqamlardan biri də qanunu pozanlar çox vaxt cəzasız qalması faktıdır”, Ban Ki Mun bildirir.

Birləşmiş Millətlər Təşkilatı Jurnalistlərin Təhlükəsizliyi və Cəzasızlıq Məsələsi üzrə fəaliyyət planı hazırlayıb. Fəaliyyət planı məlumatlılığın artırılması və jurnalistlər üçün azad və təhlükəsiz iş mühitinin yaradılmasına yönəlmiş praktik addımları nəzərdə tutur.

“Mətbuat Azadlığı Gününü qeyd etməklə, gəlin jurnalistlərin bütün media vasitələrində öz vəzifələrini yerinə yetirə bilməsi üçün əlimizdən gələni edəcəyimizə dair söz verək. Danışmaq təhlükəsiz olanda bütün dünya bundan bəhrələnəcək”, baş katib bəyan edib.
XS
SM
MD
LG