Accessibility links

Meksika rəsmiləri neft kəmərində partlayışın səbəblərini araşdırır

  • Amerikanın səsi

Meksika rəsmiləri neft kəmərində partlayışın səbəblərini araşdırır

Meksika rəsmiləri neft kəmərində partlayışın səbəblərini araşdırır

Meksika rəsmiləri neft kəmərində azı 27 adamın ölümülə nəticələnmiş partlayışın səbəblərini araşdırır. Puebla ştatında neft boru kəmərinin partlaması nəticəsində ölənlərin12-si uşaqlardır. Puebla ştat rəsmiləri bildirirlər ki, küçələri bürümüş alov 3 kilometr radiusda 30 evi dağıtmış, onlarla evə zərər vurmuş və insanları evlərindən didərgin salmışdır. 50-dən çox adam xəsarət alıb. Dövlətə məxsus Pemex neft şirkəti bildirir ki, boru kəməri yüksək təzyiq altında xam neft nəql edirdi. Güman olunur ki, bir qrup adam yanacaq oğurlamağa çalışarkən San Martin Texmelukan icmasında faciə baş verib. Lakin rəsmilər hadisəinin texniki problemlərə baş verə bildiyini də istisna etmirlər.

XS
SM
MD
LG