Accessibility links

Məhəmməd Əmin Rəsulzadə - İnkarolunmaz Şəxsiyyət (AUDİO)

  • Əsgər Möhsümoğlu

“Azərbaycan Xalq Cümhuriyyətinin təşəkkül tapmasında Məhəmməd Əmin Rəsulzadənin rolu inkarolunmazdır,” deyə tarixçi Altay Göyüşov Amerikanın Səsinə müsahibədə bildirir. İlk milli partiya olan Müsavat Partiyasını təsis edən Rəsulzadə Azərbaycan dövlətçiliyinin ideya kimi əsasını qoyub, və təsadüfi deyil ki, Çar Rusiyası süqut etdikdən sonra Azərbaycan dövlətinin meydana çıxmasında fundamental rol oynayıb. Cənab Göyüşovun fikrincə yüksək təşkilatçılıq və intellektual qabiliyyəti ilə seçilən Rəsulzadə milli hökuməti müəyyən edən Müsavat partiyasının və Milli Şuranın rəhbəri kimi Azərbaycan dövlətinin qurucu atalarının lideri hesab edilməlidir. Bütün həyatını vətəninə həsr etmiş bu şəxsiyyət daim milli maraqları şəxsi maraqlardan üstün tuturdu. Müsahibədə tarixçi bu gün Azərbaycan hökuməti tərəfindən Məhəmməd Əmin Rəsulzadəyə bəslənilən ögey münasibəti, onun adının tarixdən silinməsinə cəhdləri və mümkün regionçuluq çalarlarını şərh edir.

XS
SM
MD
LG