Accessibility links

Məşhurlar: Hollivudda ən çox pul qazanan aktrisalar (VİDEO)

  • Amerikanın səsi

Məşhurlar: Hollivudda ən çox pul qazanan aktrisalar (VİDEO)

Məşhurlar: Hollivudda ən çox pul qazanan aktrisalar (VİDEO)

Pul qazanmağa gəldikdə heç kim bu qadınlar kimi bacarıqlı ola bilməz. Forbes jurnalı Hollivudun ən yüksək qazanc əldə edən qadınlarının illik siyahısını açıqlayıb və Ancelina Coli ilə Sarah Cesika Parker siyahıda birinci yerdədir. Baxmayaraq ki,Cesika Parkerin`Sex in the City`serialı Colinin `The Tourist` filmi qədər populyar olmayıb, bu xanımlar bir il ərzində hərəsi 30 milyon dollar qazanıb.

Cenifer Aniston və Riz Viterspunun qazancı da az olmayıb. İldə 28 milyon dollarla onlar üçüncü yeri bölüşür. Culya Roberts və Kristin Styuart isə 20 milyon dollarla ən yüksək qazancı olan siyahıda ilk beşliyi tamamlayır.

Amma onlarla yanaşı başqa Hollivud ulduzlarının da qazancı az olmayıb. Məsələn romantik komediyalar şahzadəsi Keterin Heyql, Kameron Diaz, Sandra Ballak və Meril Strip də bu siyahıdadır. Tanrı cibinizə bərəkət, əlinizə də səxavət versin, xanımlar!

XS
SM
MD
LG