Accessibility links

Müğənni futbol üzrə super kubok uğrunda matçda milli himnin sözlərini bərbad edib

Kristina Aqulera üçün bu həftə o qədər də yaxşı keçməyib.

Amerika futbolu üzrə super kubok uğrunda matçdan əvvəl milli himnin sözlərini bərbad edən müğənninin qrupunun onun vaxtının çox hissəsini əyləncələrdə keçirdiyindən narahat olduğu barədə söhbətlər gəzir.

Mənbələrə əsasən, ötən həftə aktyor Ceremi Rennerin ad günündə sərxoş olduğu barədə yayılan xəbərlərdən sonra X-Tina-nın qrupu bu cür halları aradan qaldırmaq üçün tədbirlər görmək qərarına gəlib.

Məşhurlar: Kristina Aqulera

Məşhurlar: Kristina Aqulera

Deyilənə görə, Kristina heyətinin üzərinə çığıraraq onları işdən qovacağı ilə hədələyib.

Həyat yoldaşı, musiqiçi Cordan Bratməndən oktyabr ayında ayrılan Aqulera son söhbətlərlə bağlı hələ açıqlama verməyib.

Lakin Super Bowl matçından əvvəl çıxışına dair açıqlama verən müğənni belə mühüm anda özünü itirərək, mahnının sözlərini səhv ifa etdiyini etiraf edib.

Milli himni ifa etmək asan iş deyil.

Amma nə demək olar, görünür, belə şey də ola bilər.

Kristina Aquleranın `Keeps Gettin' Better` klipi:

XS
SM
MD
LG