Accessibility links

Məşhurlar: Hollivudda yıxılanlar (video)


Paris Hilton
Paris Hilton

Eva Lenqoriya bu yaxınlarda Nyu Yorkda Deyvid Lettermənin `Late Show`proqramından çıxarkən ayağı büdrədi və az qala yıxıldı. Bu başqa ulduzların başına gəlib. Sizə bu videoları göstəririk, amma gülməkdən yıxılmayın. Bir neçə il bundan əvvəl Qızıl Qlobus mükafatlarının təqdimatı mərasiminin çıxışındakı səki əməlli başlı problem yaratdı. Səkinin ilk qurbanı Meryl Strip oldu. Sonra isə Mət Deymon, Val Kilmer və Liz Hörli. Los Ancelesdə, `Emmy` mükafatlarının təqdimatı mərasimində aktrisa Səlli Fildin ayağı qırmızı xalçaya dolaşır.

Belə iş hamının başına gələ bilər. Məsələn, bazarlıqdan qayıdan Keli Preston və ya pilləkənləri enən Paris Hilton kimi.


Mügənni və aktrisa Lindsey Lohənin isə bir neçə dəfə büdrəməsinivə nəhayət yıxılmasını lentə ala bilmişik. Yazıq qız, yaxşı ki xəsarət almayıb.

Kristin Kavaleri hündürdaban ayaqqabı ayağından çıxandan sonra balansı itirir.

Lakin onların heç biri aktrisa Skarlet Cohansen kimi pis yıxılmayıb.

Skarlet Cohansenın `Falling down` mahnısı

XS
SM
MD
LG