Accessibility links

Milanda Asiya-Avropa görüşü keçirilir


Ukrayna böhranı ilə bağlı gərginliklərin artdığı bir vaxt İtaliyanın Milan şəhərində Asiya-Avropa görüşü keçirilir. Görüşün diqqət mərkəzində Ukrayna böhranı yer alır.

Avropa və Asiya liderlərinin qatıldığı toplantını açıq elan edən Avropa Şurasının prezidenti Herman Rompuy regionun təhlükədə olduğunu qeyd edib.

O deyib ki, Ukrayna böhranından sonra Avropa iqtisadi artım və yeni iş yerlərinin açılışı kimi məsələrin həllinə çalışır.

Rompoy Ukrayna böhranının qitətinin təhlükəsizliyinə ciddi təsir göstərdiyini bildirib.

Avropa Şurasının prezidenti Şimali Afrika və Yaxın Şərq müharibələrinin terrorizmin yayılmasına səbəb olduğunu deyib.

Rusiya prezidenti Vladimir Putin əvvəlcə Almaniya kansleri Angela Merkel olmaqla, avropalı həmkarları ilə bir sıra görüşlər kerçiməlidir.

Rusiyanın dövlət başçısı sabah Ukrayna prezidenti Petro Poroşenko və digər liderlərin iştirak etdiyi səhər yeməyinə qatılacaq.

Görüşlərdə Ukraynanın şərq regionunda rusiyapərəst separatistlərlə atəşkəs əldə edilməsi və Rusiya qazının Ukraynaya nəqlinin bərpası əsəs yer alır.

Moskva iyun ayında Ukraynanın 5 milyard dollarlıq borcunu ödəmədiyinə görə o ölkəyə təbii qaz nəqlini dayandırıb.

Müzakirələr zamanı Rusiyanın qış mövsümündə Avropa Birliyi ölkələrini də qazla təmin etməsi gündəmə gətiriləcək.

Putin Milana Serbiyadan gedib.

Rusiya prezidenti Serbiyada böyük təntənə ilə qarşılanıb. Qızıl Ordunun nasist işğalına son qoymasının 70-ci ildönümünə həsr edilən paradda şərəfli qonaq kimi iştirak edən Vladimir Putin deyib ki, Rusiya Serbiyanı həmişə yaxın müttəfiqi hesab edib.

Rusiyanın dövlət başçısının Belqarada səfəri iki ölkənin pravoslav dini və mühafizəkar dəyərlərini bölüşdüyü tarixi müttəfiqləiyinə işarədir.

XS
SM
MD
LG