Accessibility links

İraq rəsmiləri bildirir ki, şimal Tuz Xurmaton qəsəbəsi yaxınlığında yeddi dövlət tərəfindən dəstəklənən milis üzvü silahlı şəxslər tərəfindən öldürülüb.

İraq polisi hücumda əlavə səkkiz milisin ciddi yaralandiğinı xəbər verir. Polis zabiti deyib ki, silahlılar hərbi formada olublar və milis üzvlərini yoxlama məntəqəsində bir yerə topladıqdan sonra onlari başqa əraziyə apararaq orada öldürüblər.

Heç kim hücumla bağlı məsuliyyəti öz üzərinə götürməyib ancaq keçmişdə əl-Qaida ilə əlaqəli sünni militanlar hakimyyət yönümlü Sahva milis üzvlərinə qarşı hücumlar həyata keçiriblər. Sünni militanlar onları xainlikdə ittiham edirlər.

Bir neçə il əvvəl İraq müharibəsinin kulminasiya nöqtəsində Sahva əl-Qaidaya qarşı üsyana başlamış və ABŞ hərbi qüvvələrinə qoşulmuşdu.
XS
SM
MD
LG