Accessibility links

Milli Şura mitinq keçirdi [Video & Fotoqalereya]


Mitinqdən sonra iki nəfər saxlanılıb

Mitinqin sonunda polis iki nəfər aksiyaçını saxlayaraq polis maşınına basıb.

Polis onların nə səbəbə saxlanması haqqında açıqlama verməyib.

Milli Şura «Xilas olaq!»şüarı ilə mitinq keçirir
please wait

No media source currently available

0:00 0:00:48 0:00

***

Mayın 30 -na təyin olunan mitinq başa çatıb

Milli Şura «Xilas olaq!»şüarı ilə mitinq keçirir
please wait

No media source currently available

0:00 0:02:15 0:00

***

Milli Şuranın sədri Cəmil Həsənli mitinqə gələnlərə müraciətlə deyib ki, «korrupsioner, kriminal hakimiyyətinin bütün təzyiqlərinə rəğmən bura gəlmisiniz».

Cəmil Həsənli deyib ki, Azərbaycan siyasi məhbuslar ölkəsinə çevrilib: «Ötən son iki ildə intellektual gəncliyə, siyasilərə, jurnalistlərə qarşı repressiya başlayıb. Kürdəxanını indi bütün dünyada tanıyırlar. Xədicə xanım, Leyla xanım, İntiqam bəy, Tofiq bəy, Anar bəy, Seymur bəy, din adamlarımız, gənclərimiz, jurnalistlərimiz hamısı ordadır».

Cəmil Həsənli mayın 19-da baş verən yanğından da danışıb: «Dövlət adamlarının cinayəti nəticəsində 15 vətəndaşımız həyatını itirdi. Onlardan dördü körpə, biri yeniyetmə idi. Ancaq heç kim vəzifəsini itirmədi. Belə şey olar? İnsanlar yanıb, boğulub. Abid Şərifov deyir ki, Fövqəladə Hallar Nazirliyinin texnikası ora girə bilmirdi. Ölüm üzlüklərini o binalara vuranda bilmirdiniz ki, bunun qarşısını almaq olmayacaq? Azərbaycan vətəndaşlarını bu cür ölümə məhkum edənlərə ar olsun!».

Mitinqçilər «İstefa!», «İlham rədd ol!» şüarları səsləndirib.

Milli Şura «Xilas olaq!»şüarı ilə mitinq keçirir Əli Kərimlinin çıxışı
please wait

No media source currently available

0:00 0:01:37 0:00

Milli Şura «Xilas olaq!»şüarı ilə mitinq keçirir Əli Kərimlinin çıxışı
please wait

No media source currently available

0:00 0:01:07 0:00

Milli Şura «Xilas olaq!»şüarı ilə mitinq keçirir Əli Kərimlinin çıxışı
please wait

No media source currently available

0:00 0:02:02 0:00

Milli Şura «Xilas olaq!»şüarı ilə mitinq keçirir Əli Kərimlinin çıxışı
please wait

No media source currently available

0:00 0:01:57 0:00

***

Həbsdə olan AXCP Gənclər Komitəsinin üzvü Elvin Abdullayevin anası Zülfiyyə Abdullayeva mitinqdə çıxış edib:

«Fəryad edirəm, oğlum günahsızdır. Əqidəsindən dönmədiyi üçün həbsdədir. Şoşuyla-moşuyla camaatı manqurtlaşdırırsınız. Sizə belələri lazımdır? Hüquq müdafiəçilərini, jurnalistləri, gəncləri həbs edirsiniz. Niyə oğluma işgəncə verirsiniz? Min zülmlə uşaq böyütmüşəm, niyə döyürsünüz, ac-susuz saxlayırsınız? Allah bəlanızı versin. Oğlum əqidəsindən əl çəkməyəcək, mübarizəsini də davam etdirəcək».

Milli Şura «Xilas olaq!»şüarı ilə mitinq keçirir
please wait

No media source currently available

0:00 0:00:52 0:00

Milli Şura «Xilas olaq!»şüarı ilə mitinq keçirir Əli Kərimlinin çıxışı
please wait

No media source currently available

0:00 0:01:51 0:00

Milli Şura «Xilas olaq!»şüarı ilə mitinq keçirir Əli Kərimlinin çıxışı
please wait

No media source currently available

0:00 0:01:12 0:00

***

«Azadlıq» qəzetinin baş redaktor müavini Rahim Hacıyev mitinqdə iştirak edənlərə müraciətlə deyib ki, «sizin hesabınıza «Azadlıq» qəzeti işini davam etdirir:

«Siz Azərbaycanın narazı olan, narazılığını bildirməyən yüz minlərlə insanına nümunəsiniz».

Milli Şura «Xilas olaq!»şüarı ilə mitinq keçirir
please wait

No media source currently available

0:00 0:00:44 0:00

***

AXCP sədri Əli Kərimli çıxış edib.

AXCP sədri Əli Kərimli deyib ki, hökumət xalqın etimadını qazanmadığı üçün aprelin 5-dəki aksiyadan sonra hər dəfə mitinqlərin qarşısını alıb. «Maneələr bizim qarşımızı almaq üçündür. Bura toplaşan insanlar narazı insanların az bir qismidir. O gün uzaqda deyil, enerjimizi bütün Azərbaycana sirayət edəcək, «xilas ol» deyəcək».

Əli Kərimli Binəqədidə baş verən yanğınla bağlı deyib ki, həmin insanlar hökumətin acgözlüyünün qurbanı oldular: «İndi istəyirlər ki, bu dəhşətli cinayəti bir «JEK» müdirinin boynuna qoysunlar».

Əli Kərimli çıxışında deyib ki, hakimiyyət orduda işgəncə ilə əsgərləri öldürənləri, polis şöbələrində adam öldürənləri müdafiə edir.

«Qarabağ qazilərinə də divan tuturlar. Ötən ay Cəlilabada iki Qarabağ qazisi intihar etdi - biri özünü asdı, biri yandırdı. Bu hakimiyyət özləri kimi fərari olmayanları sevmirlər. Etdiklərinizə görə cavab verməli olacaqsınız».

Milli Şura «Xilas olaq!»şüarı ilə mitinq keçirir
please wait

No media source currently available

0:00 0:01:52 0:00

Milli Şura «Xilas olaq!»şüarı ilə mitinq keçirir
please wait

No media source currently available

0:00 0:01:41 0:00
Milli Şura «Xilas olaq!»şüarı ilə mitinq keçirir
please wait

No media source currently available

0:00 0:00:43 0:00

Milli Şura «Xilas olaq!»şüarı ilə mitinq keçirir Əli Kərimlinin çıxışı
please wait

No media source currently available

0:00 0:01:41 0:00

***

Müxalifət fəalları «Xilas olaq!», «Talana və yalana son!» şüarları ilə keçirilən aksiya ilə ölkədə siyasi repressiyalara, korrupsiyaya, bahalaşmaya etiraz etdiklərini bildiriblər.

Təşkilatçıların verdiyi məlumata görə, Milli Şuranın bundan əvvəlki aksiyalarında tribunanın önündə asılan «Talana Son» şüarını polis cırıb. Ona görə də, bu dəfə tribunanın önündən «Siyasi Məhbuslara Azadlıq» şüarı asılacaq.

Mitinqdə mayın 19-da Binəqədidə baş vermiş yanğında həlak olanların, gənc fəal Nərgiz Yaqublunun, son günlər həlak olan Azərbaycan əsgərlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Aksiya iştirakçıları maneəsiz meydana buraxılır. Aksiyaçılar «Hakimiyyət oddan təhlükəli», «Ucuz hakimiyyətin bahalı oyunları», «Siyasi məhbuslara azadlıq» şüarları qaldırıb.

Milli Şura «Xilas olaq!»şüarı ilə mitinq keçirir
please wait

No media source currently available

0:00 0:00:27 0:00

Milli Şura «Xilas olaq!»şüarı ilə mitinq keçirir
please wait

No media source currently available

0:00 0:00:31 0:00

Milli Şura «Xilas olaq!»şüarı ilə mitinq keçirir
please wait

No media source currently available

0:00 0:01:11 0:00

XS
SM
MD
LG