Accessibility links

5 partlamamış hərbi sursat aşkarlanıb


Ötən il Azərbaycanda 18 mina tapılaraq zərərsizləşdirilib
Ötən il Azərbaycanda 18 mina tapılaraq zərərsizləşdirilib

Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik Füzuli, Ağcabədi və Tərtər rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar haqqında hesabat yayıb.

Agentliyin məlumatına görə Tərtər rayonunun Cəmilli kəndində əkin sahəsində 1 «Qrad» raketinin mühərrik hissəsi aşkar edilərək götürülüb.

Bu rayonda 8000 kvadratmetr ərazi yoxlanıb.

Agentlik qeyd edir ki, Füzuli rayonunun Şükürbəyli kəndində isə 4 partlamamış hərbi sursat aşkarlanıb. İkisi 120 mm-lik, iksi də 152 mm-lik top mərmisidir.

Mayın 30-da ümumilikdə 3 evə və həyətyanı sahəyə, 9 əkin sahəsinə, 20 partlayış yerinə baxış keçirildiyi, 5 partlamamış hərbi sursat aşkarlandığı bildirilir.

Agentlikdən verilən məlumata görə, aprelin 7-dən mayın 30-dək 1477 partlamamış hərbi sursat, 11 piyada əleyhinə mina (PMN), 2 piyada əleyhinə POMZ-2 və 6 tank əleyhinə mina tapılaraq zərərsizləşdiriblər.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG