Accessibility links

Minsk Qrupu: Nazirlər danışıqlar prosesinin davam etdirilməsinə hazır olduqlarını bildirib


ATƏT-in Minsk Qrupunun həmsədrləri
ATƏT-in Minsk Qrupunun həmsədrləri

ATƏT-in Mİnsk Qrupunun həmsədrləri Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması danışıqlarında yaranmış durğun vəziyyət müzakirə edib

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda BMT Baş Assambleyasının 67-ci sessiyası çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüş zamanı Ermənistan silahlı qüvvələrini hələ də Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmayan rəsmi Yerevanın günahı üzündən yaranmış durğun vəziyyət müzakirə olunub.
E.Məmmədyarovun sözlərinə görə, Ermənistan hər vəchlə və müxtəlif bəhanələrlə status-kvo-nu saxlamağa çalışır.

O qeyd edib ki, nə qədər ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindədir regionda sülh, təhlükəsizlik və sabitlik təhlükə altındadır.
ATƏT-in Minsk Qrupunun həmsədrləri həmçinin Nyu-Yorkda Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşüb.

Həmsdərlər görüşlərinin nəticələri ilə bağlı yaydığı bəyanatda deyilir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri son aylarda Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda hiss olunan irəliləyişin olmamasıdan narahatlıq ifadə edir.

Həmsədrlər Robert Bradtke (ABŞ), İqor Popov (Rusiya), Jak For (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik Nyu-Yorkda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb.

Həmsədrlər nazirlərlə görüşlərində regionda son hadisələri müzakirə edib və tərəfləri Dağlıq Qarabağ münaqişəsinin mahiyyətinə qayıtmağa çağırıb. Nazirlər münaqişənin sülh yolu ilə həll olunması üzrə danışıqlar prosesinin davam etdirilməsinə hazır olduqlarını söyləyiblər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG