Accessibility links

Avropada miqrantlara münasibət dəyişib


Gənc avropalıların miqrantlara dair baxışları daha sərt xarakter alır. Onlar miqrantların iş tapmaq imkanını azaltdığından və Avropaya təklükə yaratdığından şikayətlənir.

Macarıstanda 28 yaşılı Kitti yayda əsas dəmir yolu vağzalında qaçqınlara yardıma getdiyini, lakin indi onlarla bağlı fikrinin dəyişdiyini bildirir.

“Onların qarşısı alınmalıdır. Onlar əsasən də qadınlar olmaqla həyata başqa gözlə baxırlar”.

O, Almaniyanın Köln şəhərində miqrantların qızlara sataşmasını misal gətirib.

Polşada həftə sonu nümayişçilər Kittinin qorxularına əks-səda verib. Varşavadan 30 km-lik məsafədə yerləşən Qora Kalvariya şəhərində miqrantlar əleyhinə etiraz aksiyası təşkil edilib.

Nümayişçilər qadın və uşaqların təcavüzə məruz qalmalarından ethiyat etdiklərini bildirib.

Digərlərini isə fərqli ənənələrinə görə miqrantların onların cəmiyyətinə inteqrasiya etməyəcələri qorxudur.

Miqrant axınının qarşısını almaq üçün Yunanıstanın sərhədlərinə tikanlı məftillər çəkməsinə digər ölkələrdə rəğbətlə baxılır.

Almaniya ötən il 1.1 milyona yaxın miqrant qəbul edib.

Almaniyanın açıqladığı hesabatda 428 468 qaçqının Suriyadan olduğu bildirilir. Suriyanın vətəndaş müharibəsindən qaçan bu insanlar Almaniyaya pənah aparan ən böyük miqrant qrupudur.

Böyüklüyünə görə digər iki qrupu 154 046 nəfər olmaqla Əfqanıstandan və 121 662 nəfər olmaqla İraqdan qaçan insanlar təşkil edir.

Almaniya illik qaçqın axınının 2014-cü illə müqayisədə 5 dəfə artıq olduğunu bildirir.

Ötən il Yunanıstana Türkiyə suları ilə 850 000 miqrant keçib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiyanın raket hücumu Ukraynanın enerji obyektlərini zədələyib
please wait

No media source currently available

0:00 0:11:42 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG