Accessibility links

Məhkəmə icra hakimiyyəti başçısnın jurnalistə qarşı iddiasını rədd edib


Mirələm Haşımov (Foto cenubnews saytından götürülüb )
Mirələm Haşımov (Foto cenubnews saytından götürülüb )

Noyabrın 7-də (Bakıdan 236 kilometr cənub) Masallı Rayon Məhkəməsi rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynovun Cenubnews.com saytının baş redaktoru Mirələm Həşimova qarşı iddiasını icraata götürməkdən imtina edib. Bu barədə vəkili Cavad Cavadov facebook səhifəsində yazıb.

Noyabrın 7-də hazırlıq iclasında hakim Anar Alməmmədov jurnalistə qarşı cinayət təqibi üçün əsas olmadığından iddiaya baxılmasından imtina edib.

Masallı rayon icra hakimiyyətinin başçısı Mirələm Həşimovun böhran ittihamı ilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyib.

İddiaya səbəb saytda “Kapital bank”ın rayon mərkəzindəki bankomatlarında kifayət qədər vəsaitin olmamasının pensiyaçıların etirazına səbəb olan aksiya barədə məqalə və video yaymasıdır.

Bundan öncə icra hakimiyyəti başçısı M.Həşimova qarşı mülki qaydada iddia qaldırıb və onun 500 manat cərimə olunmasını istəyib. Jurnalist Ali Məhkəməyə kassasiya şikayəti verib.

XS
SM
MD
LG