Accessibility links

ABŞ-ın birinci xanımı Kambodcadakı Sülh Korpusunda keçirilən təlimlərdə iştirak edib. Mişel Obama o ölkəyə qadınların təhsil təşəbbüsü çərçivəsində səfər edib.

Könüllülərə təşəkkürünü bildirən xanım Obama onları proqramın nəfəsi, canı adlandırıb.

Bu gün birinci xanım Kambodcanın baş nazirinin xanımı Hun Senin müşayiəti ilə yerli məktəblərin birində qız şagirlərlə görüşüb. Mişel Obama qızlara deyib ki, təhsilin davam etdirilməsini onların ölkəsində azadlıq təmin edə bilər.

Bu, ABŞ prezidentinin həyat yoldaşının Cənubi Asiya ölkələrinə ilk səfəridir. Kambodca 62 milyon qız uşağının təhsillə təmin edilməsini nəzərdə tutan proqramın hədəf aldığı 11 ölkədən biridir.

Daha əvvəl Yaponiyada olan Mişel Obama yaponiyalı həmkarı Aki Abe ilə görüşü zamanı deyib ki, Birləşmiş Ştatlarla Yaponiya Ağ Evin "Qızları oxudaq" adlı proqramında birgə əməkdaşlıq edəcək.

XS
SM
MD
LG