Accessibility links

Misir hökuməti çimərliklərin yenidən açılacağını elan edib


Misir hökuməti çimərliklərin yenidən açılacağını elan edib
Misir hökuməti çimərliklərin yenidən açılacağını elan edib

Qırmızı Dəniz kurortu Şərm əl-Şeyx çimərliklərində son iki həftədə akula hücumlarının ardınca Misir hökuməti çimərliklərin yenidən açılacağını elan edib. Həmin hücumlar bir adamın ölümünə, 4 nəfərinsə yaralanmasına bais olub.

Rəsmilər deyirlər ki, otel sahiblərinin xarici turistlərin təhlükəsizliyini təmin etmək üçün ciddi ölçülər götürməsi şərti ilə çimərliklər yenidən açılacaq. Bütün sahil boyunca dalğıcların yerləşdirildiyi müşahidə stansiyaları quraşdırılacaq və sürətli qayıqlar sualarda müntəzəm patrul çəkəcək. İnsidentləri araşdıran amerikalı alim hücumlarda azı iki akulanın iştirak etdiyini deyib.

XS
SM
MD
LG