Accessibility links

Misir hökuməti təriqətlərarası zorakılıqlara son qoyacağını deyir


Misir hökuməti təriqətlərarası zorakılıqlara son qoyacağını deyir

Misir hökuməti təriqətlərarası zorakılıqlara son qoyacağını deyir

Misirin hərbi idarəçiləri Qahirənin civarında 12 adamın ölümü ilə nəticələnmiş təriqətlərarası zorakılıq zəminində həbs olunan 190 adamın mühakimə olunacağını bildirirlər.

Kabinet iclasının ardınca qərar gəlinib ki, tutulan şəxslər hərbi tribunalda mühakimə edilsinlər.

Misirin baş naziri Essam Şərəf dünən xristianlarla müsəlmanlar arasında baş verən toqquşmaların ardınca körfəz ölkələrinə səfərini təxirə salıb.

Misir xəbər agentliklərinin bildirdiyinə görə 12 ölmüş adamdan əlavə olaraq 200-dən çox adam yaralanıb.

Şahidlər müsəlmanların İmbaba qəsəbəsində kopt kilsəsi ətrafına toplaşdıqlarını xəbər verib. Bir qrup müsəlmanın xristian qadının İslam dinini qəbul etməkdən dayandırmaq üçün kilsədə saxlanıldığı haqda şaiyələrə reaksiya verdiyi güman edilir.

XS
SM
MD
LG