Accessibility links

Misirdə müvəqqəti hökumətin yaradılmasından sonra Müsəlman Qardaşlarının liderləri hədəf alınır



Misirdə keçid hökumətinin liderinin and içməsindən sonra ölkənin ilk demokratik seçilmiş prezidentinin tərəfdarları olan Müsəlman Qardaşlarının üzvləri təqib edilir.

Misirin Ali Məhkəməsinin baş hakimi Ədli Mənsurun aniçmə mərasimi cümə axşamı televiziya ilə nümayiş etdirilib. O, inqilabın dəyərlərinin qorunacağına söz erib.

Cənab Mənsur Misir ordusunun prezident Məhəmməd Mursini hakimiyyətdən devirməsindən bir gün sonra keçid hökumətinin lideri olub.

Bu arada, Misirin səlahiyyətləri bərpa edilmiş baş prokuroru cənab Mursinin mənsub olduğu Müsəlman Qardaşları təşkilatının bəzi yüksək səviyyəli liderləri də daxil olmaqla, 300 üzvünün həbsinə order verib. Təhlükəsizlik qüvvələrinin rəsmiləri Müsəlman Qardaşları təşkilatının lideri Məhəmməd Badiyenin çərşənbə günü Aralıq dənizində kurort şəhəri olan Marsa Maturhda həsb edilib Qahirəyə gətirildiyini bildiriblər.

Rəsmilər Badiye və onun birinci müavini Xayrat El-Şaterin Müsəlman Qardaşları təşkilatının Qahirədəki qərargahı qarşısında toqquşma zamanı səkkiz nümayişçinin ölümülə əlaqədar olaraq axtarıldıqlarını deyiblər.
XS
SM
MD
LG