Accessibility links

Misirdə xristianlar müsəlmanlarla toqquşublar


Misirdə xristianlar müsəlmanlarla toqquşublar

Misirdə xristianlar müsəlmanlarla toqquşublar

Misirdə təhlükəsizlik rəsmiləri xristianlarla müsəlmanlar arasında baş vermiş toqquşmada 50-dən çox adamın yaralandığını deyirlər.

Zorakılıq bir qrup kütlənin Qahirədə dövlət televiziyası qarşısında oturaq aksiya keçirən xristian koptlara hücumundan sonra başlayıb. Şənbə günü başlanan küçə davaları bazar gününədək davam edib.

Adamlar bir-birlərinə daşlar atmış və maşınları yandırmışlar. Polis və ordu qüvvələri izdihamı dağıtmaq üçün havaya atəş açıblar.

Bir həftə bundan öncə müsəlman kütlələr Misirin azlıqda olan xristian koptlarına hücum edərək iki kilsəni yandırmış və azı 15 adamı öldürmüşdülər.

Xristianlar Misirin 80 milyonluq əhalisinin 10 faizini təşkil edir. Onlar da müsəlmanlara qoşularaq prezident Hüsni Mübarəkin devrilməsində fəal iştirak etmişdilər.

XS
SM
MD
LG