Accessibility links

Misir rəsmiləri devrilmiş prezident Hüsnü Mübarəkə qarşı qərarların qüvvədə qaldığını bildirirlər


Misir rəsmiləri devrilmiş prezident Hüsnü Mübarəkə qarşı qərarların qüvvədə qaldığını bildirirlər

Misir rəsmiləri devrilmiş prezident Hüsnü Mübarəkə qarşı qərarların qüvvədə qaldığını bildirirlər

Misrin ədliyyə rəsmiləri məhkəmənin devrilmiş prezident Hüsnü Mübarək və onun ailəsinə məxsus hesabların dondurulması barədə qərarının qüvvədə qaldığını bildrimişlər. Bu gün məhkəmə cənab Mübarəkin baş prokurorun onun və ailəsinin ölkəni tərk etməməsi, onlara aid əmlak və vəsaitin müsadirəsi qərarı ilə bağlı apelyasiya müraciətini rədd edib. Yeni hökumətin apardığı təhqiqata görə sabiq prezidentin ailəsi korrupsiya ittihamları ilə üzləşir.

Keçən həftə prokuror Əbdül Məcid Mahmud ailə barədə aparılan təhqiqatların detalları barədə məlumat verməsə də, cənab Mübarək, onun həyat yoldaşı Süzan, iki oğlu və gəlinlərinin səyahət etmələrinə qadağa qoyulub.

XS
SM
MD
LG