Accessibility links

Missuri ştatında iğtişaşlar yenidən baş qaldırıb


ABŞ-ın Missuri ştatında şənbə günü nümayişçilərlə iğtişaş polisi arasında yenidən qarşıdurmalar baş verib. İnsident dünən 18 qaşlı qaradərili gəncin polis tərəfindən öldürülməmişdən əvvəl dükandan siqar oğurladığını açıqlamasında sonra yaşanıb.

Bəzi nümayişçilər polis butulkalar və başqa yan maddələr atıb. Bununla yanaşı, dinc nümayişçilər bəzi aqressiv nümayişçilərdən belə əməlləri dayandırmağı tələb edib.

Dünən açıqlanan video görüntülərdə 18 yaşlı Maykl Braunun avqustun 9-da dükanda insident yaratdığı nümayiş etdirilib. Məlumatda deyilir ki, Braun dükanda bir qutu siqar götürərək çıxır. O, daha sonra hadisə yerinə gələn polis tərəfindən öldürülüb.

Hadisənin baş verdiyi Ferquson şəhərinin polis rəisi Tomas Cekson gənci öldürən polisin adının Darren Uilson olduğunu açıqlayıb.

Darren Uilson 6 ildir polisi zabiti kimi fəaliyyət göstərirmiş.

St.Luis şəhər sakinləri 18 yaşlı Maykl Braunun qətlindən sonra etiraz aksiyaları keçirir. Nümayişçilər mağazaları talan edir, polislə qarşıdurmalar yaradır.

Polisin bildirdiyinə görə, Braun polis maşınındakı əlbəyaxa zamanı öldürülüb. Lakin şahidlər onun yoldaşları ilə bərabər mağazadan çıxarkən polis tərəfindən əllərinin qaldırılmasına göstəriş verildiyini deyir. Onlar Braunu güllələyən polisin ağ olduğunu desə də, rəsmilər polisin irqi və kimliyi barədə məlumat vermir.

XS
SM
MD
LG