Accessibility links

Mitt Romni Britaniyada səfərdədir


ABŞ prezidentliyinə namizəd Mitt Romni xarici siyasət üzrə göstəricilərini gücləndirmək üçün üç xarici ölkəyə səfəri əsnasında Londonda Britaniya baş naziri Deyvid Kameronla görüşüb.

Respublikaçılar Partiyasından namizədliyə iddialı Romni çərşənbə günü Britaniya paytaxtına gəlib. O, bu gün sabiq baş nazir Toni Bleyerlə görüşüb.

Görüşdən sonra o, Olimpiya oyunlarının yüksək səviyyədə keçəcəyindən əminliyini dilə gətirərək bildirib ki, əlbəttə bu kimi tədbirlər səhvsiz də olmur.

Britaniya qəzetinin Romninin adının çəkilmədiyi müşavirinə istinad edərərək yaydığı bəyanat qalmaqal doğurub. Belə ki, müşavir ilk qaradərili prezident olaraq Barak Obamanın Britaniya ilə ABŞ-ın ümumi Anqlo-Sakson irsini paylaşmalarına kifayət qədər dəyər vermədiyini deyib.


Sabah Olimpiya oyunlarının açılışına qatıldıqdan sonra Romni Polşa və İsrailə gedəcək.
XS
SM
MD
LG