Accessibility links

Mogerini Rusiyanın Suriyada hərbi əməliyyatlarının narahat doğuran elementlərini qeyd edib


Avropa İttifaqının xarici siyasət şöbəsinin başçısı Federika Mogerini
Avropa İttifaqının xarici siyasət şöbəsinin başçısı Federika Mogerini

Avropa İttifaqının xarici siyasət şöbəsinin başçısı Federika Mogerini Rusiyanın Suriyada hərbi əməliyyatlarının "bəzi narahat doğuran elementlər"ini qeyd edərək bunu "oyunda dəyişiklik" kimi dəyərləndirib.

Mogerini bu açıqlamanı Luksemburqda Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin görüşündən əvvəl çıxışında bildirib. Görüşün əsas məqsədi 2011-ci ilin martından 240 min insanın həyatını itirdiyi Suriya böhranın həll yollarının tapılması üçün Avropa İttifaqının görəcəyi işləri müzakirə etməkdən ibarətdir.

Rusiya Suriyada keçirdiyi hava hücumlarına görə Qərbin tənqidlərinə məruz qalıb. Qərb Rusiyanın iddia etdiyi kimi İŞİD deyil, Moskvanın müttəfiqi olan prezident Bəşər Əl-Əsədə müxalif qüvvələri hədəf aldığını bildirir.

Rusiyanın dövlət televiziyasında çıxış edən prezident Vladimir Putin Moskvanın Suriyaya müdaxiləsini dəstəkləyib.

Rusiya bazar günü Suriya üsyançılarına qarşı yeni hava hücumları həyata keçirərək, hücumların əsas hədəfinin üsyançıların nəzarətində olan İdlib vilayətinin Tal Skik qəsəbəsi olduğunu bildirib.

Mogerini bildirib ki, Suriyada böhranın siyasi həlli münaqişə və keçid prosesində rol oyanayan bütün tərəfləri əhatə etməli və onun nəticələri beynəlxalq ictimaiyyət, regionda oyunçular və əsas da suriyalıların özləri tərəfindən müəyyən edilməlidir. .

Bazar günü ABŞ prezidenti Barak Obama CBS televiziyasına bildirib ki, Əsəd hakimiyyəti iqtidarda qaldığı müddətdə mötədil üsyançıların diqqətini ekstremistlərə qarşı yönəltmək çətin olacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG