Accessibility links

Türkiyə və Rusiya arasında olan gərginlik qaqauzlara ciddi təsir edir [Video]


Türkiyə və Rusiya arasında olan gərginlik qaqauzlara ciddi təsir edir
please wait

No media source currently available

0:00 0:02:07 0:00

Türkiyə və Rusiya arasında olan gərginlik qaqauzlara ciddi təsir edir

Rusiyanın təyyarəsinin vurulmasında sonra Türkiyə ilə münasibətlərinin pozulması hər iki ökəyə yaxın xalqlar arasında bu soyuq münasibətlərin daha genişmiqyaslı münaqişəyə çevrilməsi və bunun mənfi təsirləri ilə bağlı narahatlıqları artırıb. Bu xalqalrdan biri də Moldovada yaşayan 160 minə yaxın rusdilli, amma əslən türk olan qaqauzlardır.

Bizim millət tarix boyu türk milləti olub, amma tale bizi Rusiya ərazisinə atıb

Qaqauziyanın mədəniyyət ansamblı gələn qonaqlar üçün milli rəqslər və mahnılar ifa edir, milli geyimləri nümayiş etdirir.

Qaqauzlar Moldovada yaşayan türk əsilli azlıqldır. Onlar rus dilində danışır. Rus dili isə bir zamanlar Moldovanın da bir hissəsi olduğu keçmiş Sovet İttifaqı ölkələrində geniş istifadə olunur.

Rusiya və Türkiyənin Suriyaya görə pisləşən münasibətləri qaqauzları arada qoyub, deyə Amerikanın Səsinə danışan Qaqauziya qubernatoru bildirib.

“Bizim bu münaqişə ilə bağlı hər hansı bir rəsmi mövqe ilə çıxış etməyimiz çətindir, çünki biz münasibətləri qorumaq istəyirik.”

Sovet İttifaqı dağılnandan bəri region daha çox Rusiyaya yaxın olub.

Moldova
Moldova

“Bizim millət tarix boyu türk milləti olub, amma tale bizi Rusiya ərazisinə atıb.”

Moldovanın ərazisi olaraq qalması üçün Qaqauziyaya böyük muxtariyyət verilib, amma son zamanlar baş verən korrupsiya qalmaqalları və Rusiya mediası Moldovanın Avropaya uyğunlaşması ilə bağlı skeptisizmi artırıb.

“Biz türkdilli xalqlardan biriyik. Amma biz Rusiyaya daha yaxınıq, çünki Rusiya bizim içimizdə yaşayır.”

Moskva isə regionu özünə cəlb etməyə çalışır.

Moldovanın Avropa İttifaqı ilə yaxınlaşmasına doğru atdığı addımlarına görə Rusiya Moldovadan şərab idxalına qadağa qoysa da, Qaaqauziya şərablarının idxalını davam etdirir.

Bizim bu münaqişə ilə bağlı hər hansı bir rəsmi mövqe ilə çıxış etməyimiz çətindir, çünki biz münasibətləri qorumaq istəyirik

“Biz davamlı olaraq Moldova hökümətinə Rusiya, eləcə də Avropa İttifaqı və digər tərəfdaşlarla yaxşı münasibət saxlamaq istədiyimizi bildiririk.”

Bu yaxınlarda Avropa tərəfdarı moldovalı siyasətçilərin rüşvət qalmaqalına istinad edən qubernator Vlah deyib ki, əgər bu siyasətçilərin davranışları Avropa dəyərləri ilə bağlı ritorikaları ilə uyğun gəlsə idi, qaqauzlar Moldovanın avropalı gələcəyindən şübhə etməzdi.

XS
SM
MD
LG