Accessibility links

Analar analara yardım edir [Video]


Dünyaya yeni gələn körpənin qayğısına qalmaq, xüsusilə də ilk dəfə ana olanlar üçün yorucu və stresli ola bilər. Buna görə də Birləşmiş Ştatlardakı xəstəxanalarda yeni doğan analara yardım qrupları təşkil edilir.

Altı aylıq Oliverin anası Sintiya Luis yuxusuzluqdan əziyyət çəkir və buraya məsləhət almaq üçün gəlib. “Doğulan kimi onun qarnında ağrı var idi. Buna görə də o, dayanmadan ağlayırdı. Yeni ana olduğum üçün bu məni dəli edirdi. Köməksiz qalmışdım. Ərim də mənə yardım etmirdi.”

Burada hər həftə toplaşmaq analarla söhbət etməyə və onların tək olmadıqlarını yada salmağa yardım edir. Dana Karmaykl qrupun koordinatorudur. “Qadınları buraya eyni problem gətirir. İlk dəfə körpələri olan qadınlar gəlib burada suallarına cavab tapır.”

Burada analar əmizdirmədən tutmuş, körpənin ilk dişlərinə və yuxusuna dair suallara cavab tapır. “Biz qrup daxilində söhbət edirik. Mən əsasən söhbətin favamlı şəkildə keçməsinə çalışıram”.- deyə, Karmaykl bildirir.

Olqa Rayli ilk dəfədir ana olub. Onun qızı Mila 8 aylıqdır. “Mən buraya Mila 3 aylıq olnada gəldim. Burada siz körpələri haqda danışan insanlarla rastlaşırsınız.”

Buraya gəlmək ona ilk körpəsi olan anaya lazım olan məsləhətləri almaqda yardım edib. “Hazırda isə buraya gəlmək artıq mənim özüm üçün deyil, mən indi daha müstəqiləm. İndi isə buraya qızım üçün gəlirəm.”

Sintiya Luis bu qrupun bir valideyin kimi ona tərbiyə üsullarını öyrətdiyini deyir. “Qoy hər şey olduğu kimi qalsın, həyəcan keçirmədən, hazırda nə varsa, onunla kifayətlən. Biz burada bunu öyrəndik.”

Sintiya bəzən uşaq həkimnə belə getmir, o, bu qrupdakı analardan aldığı məsləhətlərlə kifayətlənir. Dana Karmaykl elə buna görə də ikinci uşağı olan anaların buraya gəlməkdə davam etdiyini deyir. “Körpələr bir-birinə bənzəmir. Bəzən tamamilə müxtəlif olur. Sən düşünmə ki, ikinci ilə də ilk körpəndə olan problemlər olacaq. Xeyr!”

Karmaykl deyir ki, bura qeyri-mühakiməçi, informativ zona olduğu üçün analar tez-tez qayıdır. Sessiya bitdikdən sonra onların özünə-inamlaı artır. Sistemin qayəsi də elə budur.

XS
SM
MD
LG