Accessibility links

Azərbaycan müdafiə naziri ABŞ-ın müdafiə katibi ilə görüşüb


Müdafiə naziri Zakir Həsəsnov ABŞ-ın Müdafiə katibi Çak Heygel ilə görüşüb
Müdafiə naziri Zakir Həsəsnov ABŞ-ın Müdafiə katibi Çak Heygel ilə görüşüb

Görüşlərdə Əfqanıstanda Təhlükəsizliyin Dəstəklənməsi müzakirə edilib

Azərbayacan müdafiə naziri Zakir Həsənov Brüssel şəhərində Şimali Atlantika Şurasının Əfqanıstanda Təhlükəsizliyin Dəstəklənməsi üzrə Beynəlxalq Qüvvələrin (ISAF) əməliyyatına töhfə verən qeyri-NATO ölkələri ilə müdafiə nazirləri səviyyəsində keçirilən görüşdə iştirak edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Amerikanın Səsinə verilən məlumata görə, görüşdə ISAF əməliyyatının cari vəziyyəti, keçid prosesi və təhlükəsizlik məsuliyyətinin Əfqanıstan Milli Təhlükəsizlik Qüvvələrinə verilməsi istiqamətində irəliləyişlər, ABŞ-ın Qətiyyətli Dəstək missiyasına bu yaxınlarda bəyan etdiyi qüvvə sayının bu əməliyyatın planlamasına müsbət təsir göstərməsi məsələləri müzakirə olunub.

NATO Baş Qərargahına səfəri çərçivəsində nazir Z.Həsənov ABŞ-ın müdafiə katibi Çak Heygel ilə ikitərəfli, Türkiyə və Gürcüstan həmkarları ilə isə üçtərəfli formatda görüşlər keçirib.

İyunun 4-də Zakir Həsənov Azərbaycana qayıdıb.
XS
SM
MD
LG