Accessibility links

"Mən Əliyəm" - Əfsanəvi Məhəmməd Əli [Video]


"Mən Əliyəm" filmi
please wait
Embed

No media source currently available

0:00 0:03:19 0:00

“Mən Əliyəm” – Kler Luisin əfsanəvi boksçu Məhəmməd Əli haqda çəkdiyi sənədli film belə adlanır. Filmdə gülməli audio yazılar da daxil edilməklə, boksçunun ailəsi və dostlarından, eləcə də karyerasından söz açılır.

“Mənim atam hərtərəfli insan idi. Siz yalnız onun döyüşləri haqda eşidirdiniz. Lakin ailəsi haqda o qədər də məlumatınız yox idi.” deyə, Məhəmməd Əlinin qızı Məryam bildirir.

Heç kəs, hətta ailə üzvlərindən bəziləri belə bu audio kasetlər barədə heç nə bilmirdi. Kler Luisin sənədli filmindəki bu audiolar boks üzrə çempionun həyatından kiçik məqamları açıqlayır. Luisə bu audioları Əlinin qızı Hana verib.

Hana Əli: “Atam həmişə tarixə həssas yanaşardı. Ona görə də o, bu audiokasetləri toplayıb.”

Filmdə bütün dünyanın ona məhəbbətini görmək olur. Dostları və düşmənləri Kasius Kley, sonradan İslam dinini qəbul etmiş Olimpiya çempionu Məhəmməd Əlini həssas və cəsarətli insan kimi təsvir edir. Buna səbəb onun Vyetnam müharibəsində vuruşmaqdan imtina etməsi, buna görə də çempion adının və boksçuluq lisenziyasının ləğv edilməsi olmuşdu.

Onun yaxın dostu, keçmiş futbolçu Cin Braun xatirələrini bölüşür: “O, çox cəsarətli idi. Belə bir risk onun onun tacının əlindən alınması və təcrid edilməsi demək idi. Bu isə onun çörək pulu qazana bilməməsi idi.”

Amma öz mövqeyində möhkəm dayanan boksçu 1974-cü ildə, 32 yaşında geri, idmana qayıtdı. “Corc Forman hər dəfə məni görəndə borcu qaytaracağını deyir. Gözləyərik, görərik." deyə, Məhəmməd Əli bildirir.

O, nəhəng Corc Formanı məğlub edir və öz titulunu geri qaytarır.

Corc Braun: “Mən bu adamla meydanda təkbətək qaldım. Mən müxtəlif hiyləgərliklərə əl atır və onu döyürdüm. Beş raund asan oldu. Altıncı raundda o, mənim qulağıma pıçıltı ilə “Elə səndə bu qədərdir, Corc?” dedi. Məndə elə o qədər idi”

“Mən Əliyəm” filmində boksçunun baş tutmayan nikahlarından söhbət açılmır. Burada əsasən onun övladları ilə münasibətindən danışılır.

Vaxtilə gözəl danışıq qabiliyyəti olan Məhəmməd Əli yaşa dolduqca Parkinsonun ilk simptomları olaraq nitqi çətinləşməyə başlayır. O, 1970-ci illərin sonunda təqaüdə çıxır və 1980-ci illərin ortalarında onda Parkinson xəstəliyi aşkar edilir. Lakin Məhəmməd Əli övladları və dünyanın yaddaşında güc və xeyirxahlıq simvolu olaraq qalır.

“Kimsə Məhəmməd Əlinin niyə bu audioları yazdırdığı ilə maraqlanırsa bunu deyə bilərəm: Çünki tarix çox gözəldir,” deyə. Məhəmməd Əli bildirir.

XS
SM
MD
LG