Accessibility links

M.Rza Ləvayi: Hakimiyyət güclü söz sahibi olmayan sənətçilərdən istifadə edir [Audio-Müsahibə]


“O sənətçi ki, danışır, amma əslində heç bir söz demir, oxuyur, amma xalq üçün bir şey oxumur. Totalitar sistem belə insanlardan rahatca istifadə edir,” deyə ABŞ-da mühacirətdə yaşayan təbrizli şair Məhəmməd Rza Ləvayi sənətçilərin siyasətə daxil olmasının qaçılmaz olduğunu deyir.

Bu yaxınlarda Ərdəbil vilayətində təşkil olunan bir konsertdə əli ilə bozqurd işarəti göstərən bir izləyicinin müğənni tərəfindən təhdid edilib təhlükəsizlik qüvvələrinə göstərilməsi müğənniyə qarşı geniş təpkilərə səbəb olub.

please wait

No media source currently available

0:00 0:21:43 0:00

Bu olay sənət fəaliyyətlərinin mütəmadi olaraq məhdudiyyətlərlə üzləşdiyi İran İslam Respublikasında “sənətçi hakimiyyətin basqılarına dair necə bir mövqe sərgiləməlidir?” sualının təkrar müzakirəyə qoyulmasına yol açıb.

Bu mövzu ilə bağlı Amerikanın Səsinə danışan şair Məhəmməd Rza Ləvayinin dediklərinə görə, hakimiyyət “güclü söz və güclü sənət” sahibi olmayan sənətçilərdən öz mənfəətləri istiqamətində rahatca istifadə edir:

Güclü söz və güclü sənət sahibi olmayan sənətçilərdən rahatca istifadə edirlər. O sənətçi ki danışır amma əslində heç bir söz demir, oxuyur amma əslində xalq üçün bir şey oxumur.
M.Rza Ləvayi

“Güclü söz və güclü sənət sahibi olmayan sənətçilərdən rahatca istifadə edirlər. O sənətçi ki danışır amma əslində heç bir söz demir, oxuyur amma əslində xalq üçün bir şey oxumur. Totalitar sistem belə insanlardan ictimai davranışlarında düşüncə yoxsulu olduqları üçün rahatca istifadə edir. Bu sənətçilər çox şey deyər, xalqı hissə gətirər amma son nöqtəni özü qoymaz. Son nöqtəni tapşırar sistemə.

Bunların ictimai mənfəətlərlə işi olmaz. Hakimiyyət şəxsi mənfəətlərini qoruyanları istər... Öz konserti üçün icazə tələm edər amma əhali gəlib türk dilində təhsil tələb edəndə ona qarışmaz.”

Məhəmməd Rza Ləvayi sənətçilərin ya hakimiyyət ya da toplum tərəfindən bir şəkildə siyasətə daxil edilmələrinin qaçılmaz olduğunu deyir. O, “Azərbaycandakı hərəkatla bağlı üç söyləmin mövcud” olduğunu önə çəkir və bu əsasda sənətçilər, yazarlar və digər ictimai fiqurları üç kateqoriyaya ayırır:

“Azərbaycandakı hərəkatla bağlı üç söyləm ortadadır; biri, demokratiya və insan haqlarını müdafiə edən söyləm. İkincisi, Azərbaycan deyib, vətən deyib, mən türkəm deyib amma hakimiyyətə siyasi məşruiyyət (legitimlik) qazandıranlar. Üçüncüsü, Azərbaycan deyir amma İrançılıq və pan-farsizmi təbliğ edir.”

Tarixi olaraq aşıqlar həm kültürəl baxımdan həm öz ədəbiyatları baxımından bir disiplin qazanıblar. Aşıq sadəcə öz mənfəətini güdmür. Onun oxuduqları da başqadır..
M.Rza Ləvayi

Təbrizli şair deyir ki, “sadəcə sənətlərini yaratmaq istəyənlər önəmlidirlər. Amma, bunu da bilməlidirlər ki, istər istəməz bu söyləmlərin içinə düşəcəklər, bu söyləmlərin içində tərif olacaqlar... İstər siyasət üçün çalışsınlar, istərsə sənət üçün bunu bilməlidirlər ki hansı şüar altında durmalıdırlar.”

Ləvayi bir yandan siyasi hakimiyyətin basqılarına baxmayaraq sənət fəaliyyətinə davam edib digər yandan isə toplumun da yanında durmağı bacardıqları baxımından aşıqların nümunə olduğunu vurğulayır.

“Tarixi olaraq aşıqlar həm kültürəl baxımdan həm öz ədəbiyatları baxımından bir disiplin qazanıblar. Aşıq sadəcə öz mənfəətini güdmür. Onun oxuduqları da başqadır..,” deyə yazar aşıqların hakimiyyətin oyununa gəlmədiklərini ifadə edir.

“Təəsüf ki çalışırlar bu günki musiqi aşıq musiqisi kimi bir söyləm və disiplinə çatmasın. Təqlid edən müğənnilərə fürsət yaradırlar,” deyə Məhəmməd Rza Ləvayi əlavə edir.

XS
SM
MD
LG