Accessibility links

Müəmmar Qəzzafi: "Sudanın mümkün bölünməsi Afrika ölkələrində də oxşar tendensiyaya yol aça bilər"


Müəmmar Qəzzafi: "Sudanın mümkün bölünməsi Afrika ölkələrində də oxşar tendensiyaya yol aça bilər"

Müəmmar Qəzzafi: "Sudanın mümkün bölünməsi Afrika ölkələrində də oxşar tendensiyaya yol aça bilər"

Liviya prezidenti bu gün keçirilən Ərəb və Afrika liderlərinin sammitində çıxış edib

Liviya lideri Müəmmar Qəzzafi deyib ki, Sudanın mümkün bölünməsi digər ərəb və Afrika ölkələrində də oxşar tendensiyaya yol aça bilər. Ərəb və Afrika liderlərinin bugünkü sammitində çıxış edən cənab Qəzzafi deyib ki, Sudanın cənub bölgəsinin müstəqilliyinə dair yanvar ayında keçiriləcək referendum təhlükə yaradır. Onun sözlərinə görə, əgər Sudanın cənubu şimaldan ayrılmağa qərar versə, separatçı münaqişə bir xəstəlik kimi bütün Afrikaya yayılacaq və bu tendensiya Ərəb ölkələrini də təsirsiz qoymayacaq. Liviyanın Sirte şəhərində keçirilən sammit Sudan prezidenti Ömər əl-Bəşir də iştirak edir. Cənab Bəşir Sudanın şimal və cənubu arasında vətəndaş müharibəsinə son qoymaq üçün 2005-ci il sülh sazişinə əsasən referenduma razılıq verib.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG