Accessibility links

Nelson Mandela və Robert Muqabe - eyni yolun fərqli yolçuları [Təhlil]


Zimbabve Prezidenti Robert Muqabe Nelson Mandelanın dəfn mərasimində iştirak edəcək dünya liderləri arasında olacaq. Bu iki şəxs azadlıq qəhrəmanı kimi alqışlansa da, onları keçdiyi yollar fərqləndirir.

Robert Muqabe Nelson Mandelanın vəfatına 48 saatdan sonra münasibət bildirib. Və bundan sonra bir dəfə də olsun bu mövzuya qayıtmayıb.

O, yüksək rütbəli ordu rəsmiləri qarşısında bir saata yaxın çıxışı zamanı Mandelanın nə adını anıb, nə bir dəqiqəlik sükütla onun xatirəsini yad edib.
Bir dəfə Mandela onun haqda bu sözləri demişdi. "O, ulduz idi, daha sonra onun yanında günəş doğmuşdu.”

Mən həbsdə ikən Muqabe ən populyar Afrika lideri idi. Lakin mən azad edildikdə mətbuat onun populyarlığının sona catdığını yazmışdı. O, mənim həbsdən çıxmağımı istəmirdi
Mandela Muqabe haqda
Fransanın sabiq prezidenti Nikola Sarkozi ilə görüşü zamanı Mandela Muqabedən danışmışdı. "Mən həbsdə ikən Muqabe ən populyar Afrika lideri idi. Lakin mən azad edildikdə mətbuat onun populyarlığının sona catdığını yazmışdı. O, mənim həbsdən çıxmağımı istəmirdi," deyə Mandela bildirmişdi.

Müstəqil siyasi təhlilçi İbbo Mandaza Muqabe ilə Mandelanın biri-birindən xoşu gəlmədiyini deyir. "Muqabe kimi insanlar Cənubi Afrikaya müstəqillik yolunu sonradan seçən bir ölkə kimi baxır. Regionda isə bu ölkə özünü böyük qardaş hesab edir. Buna görə də gərginlik həmişə mövcud olub. Bu yalnız Mandela ilə deyil, həm də Mbeke və Zuma ilə də əlaqədardır. "

Tabo Mbeki Cənubi Afrikaya Ceykon Zumadan öncə prezident seçilib.
Cənubi Afrikanın ilk qardərili prezidenini Zimbavenin ilk qaradərili prezidenti ilə müqayisə etmək olmaz. Bu, Muqabenin hakimiyyəti dövründə nazir vəzifəsində çalışan Simba Makoninin fikridir. O, 2008-ci ildə Zimbavedə prezident yarışlarına qoşulmuşdu. İndi isə müxalif siyasətçidir.“Müqayisə etmək düzgün olmaz. Mən Muqabenin Zimbabve xalqını azad etdiyini düşünmürəm. Onu bilirəm ki, zimbabvelililər 1980-ci illərlə müqayisədə daha yoxsuldur. Lakin Mandela bizə sübüt etdi ki, xalqına xidmət etmək üçün vəzifəyə gərək yoxdur. ”

Mandela prezident kimi bir dönəm hakimiyyətdə oldu. Lakin 89 yaşlı Muqabenin belə niyyəti olmadığı aşkardır.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG