Accessibility links

Azərbaycanlı alpinist Himalayda itkin düşüb


Himalay zirvəsi Nanga Parbat
Himalay zirvəsi Nanga Parbat

Nepal mətbuatının məlumatına görə, oktyabrın 21-də Himalay dağının Ama-Dablam (6856 m) zirvəsindən enərkən 42 yaşlı azərbaycanlı alpinist Murad Aşurlu itkin düşüb.

O, “7 Zirvə” klubunun kommersiya ekspedisiyasının tərkibində 8 digər iştirakçı ilə birlikdə bu zirvəni uğurla fəth dib.

Murad Aşurlı Everest zirvəsində
Murad Aşurlı Everest zirvəsində

Muradın qardaşı - Azərbaycan Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlu axtarış işlərində iştirak etmək üçün Nepala gedib.

Murad ikinci yüksəklik düşərgəsindən birinci düşərgəyə enərkən ayrılıb. İlkin məlumatlara görə, o, sığorta ipinin qırılması nəticəsində ayrılıb. İp qırıldıqdan sonra Murad 600 metrlik enişdən aşağıya düşüb.

Ama-Dablam ərazisində alpinistin dağın yamacında tapılması və xilas edilməsi məqsədilə axtarış-xilasetmə ekspedisiyası həyata keçirilir.

Himalay dağları
Himalay dağları

Lakin hava şəraitinin pis olması işlərə mane olur.

Qeyd edək ki, Murad Azərbaycan Alpinizm Federasiyasının üzvü və ən təcrübəli alpinistidir. 2007-ci ildə o, Şimali Amerikanın ən yüksək zirvəsi olan MakKinlini uğurla fəth edib. 2013-cü ildə isə Murad dünyanın ən yüksək zirvəsi olan Everesti fəth edən üçüncü azərbaycanlı olub.

42 yaşlı Murad Aşurlu Moskvada təhsil alıb, son illər ABŞ-ın aparıcı telekommunikasiya şirkətlərindən birinin top-meneceri vəzifəsində işləyirdi.

XS
SM
MD
LG