Accessibility links

Məhəmməd Mursi: Siyasi münaqişə və qütbləşmə ölkənin həssas demokratiyasını sarsıda bilər


Misir prezidenti Məhəmməd Mursi deyib ki, siyasi münaqişə və qütbləşmə ölkənin həssas demokratiyasını sarsıda bilər.

Prezident Mursi deyib ki, Misirdə sabitlik və təhlükəsizlik sual altındadır və bəzi qruplaşmalar ölkəni iflic vəziyyətə salmaqla təhdid edir.

Cənab Mursinin çıxışı onu hakimiyyətdən devirmək məqsədi daşıyan, planlaşdırılmış nümayişdən qabaq, çərşənbə günü televiziya vasitəsi ilə nümayiş etdirilib.

Mursinin tərəfdarları onun çıxışını dinləmək üçün toplaşan zaman müxalifət qüvvələri onun qərargahına hücum edib.

Ofisin şüşələri sındırılıb, binanın qarşısında yanğınlar törədilib.


Müxalif qruplar cənab Mursinin istefasını tələb edir. Bəzi insanlar onun İslamçı baxışlarını idarəçilikdə tətbiq etməsindən narazıdır.

Show comments

XS
SM
MD
LG