Accessibility links

4 iyul ABŞ-da Müstəqillik Günüdür


Bu gün ABŞ-da Müstəqillik Günü qeyd edilir. Amerikalılar ölkənin müstəqilliyinin 238-ci ildönümü münasibəti ilə bayram tədbirlərinə qatılır.

4 iyul ABŞ-ın Tomas Cefferson, Benjamin Franklin və Con Adams kimi tarixi şəxsiyyətlərinin yad edildiyi gündür.

Paytaxt Vaşinqtonda konsert təşkil ediləcək,Franki Valli, Patti Labell, Maykl Makdonald və Milli Simfonik Orkestrinin ifaları səslənəcək.

Axşam saatlarında isə atəşfəşanlıq tədbirində minlərlə insanın iştirakı gözlənilir.

2014-cü il qasırğa mövsümünün ilk qasırğası Artur 4 iyul bayramı şənliklərinin təxirə salınmasına səbəb olub. Amerikanın şərq sahillərində təşkil ediləcək Müstəqillik Günü mərasimləri şiddətli külək və yağışlara görə baş tutmayacaq.

XS
SM
MD
LG