Accessibility links

Əli Kərimli və İsa Qəmbərdən Milli Şuraya yaşıl işıq


İctimai Palata
İctimai Palata

Mayın 18-də İctimai Palatanın Müsavatın mərkəzi qərargahında keçirilən sessiyasında danışan AXCP sədri Əli Kərimli demokratik qüvvələrin milli birliyinin yaradılması məsələsinə toxunub: “Milli Şuranın yaradılması mütərəqqi ideyadır, ölkənin demokratik qüvvələrinin geniş koalisiyası imkanıdır. Bu hamının razılaşacağı model ola bilər. Bir müddətdir bu ideya ətrafında danışıqlar gedir. Biz Milli Şura yaratmaqla paralel dövlət hakimiyyəti institutu qurmaq niyyətində deyilik. Hədəf hamının səylərini bir araya gətirib hökuməti demokratik seçkiyə məcbur etmək, demokratik dəyişikliklər həyata keçirməkdir.

Biz ölkənin real demokratik qüvvələrinin bu qurumda olmasına razıyıq. Qalanlar da yersiz ambisiyalar irəli sürmədən Milli Şuranın formalaşmasında iştirak etməlidirlər. Bu, Azərbaycan xalqının sifarişidir”.

Müsavat Partiyasının başqanı çıxışında qeyd edib ki, Milli Şuranın formalaşmasına dair danışıqları bu ay yekunlaşdırmağa çalışacaqlar: “Proses bütövlükdə yaxşı gedir. Bütün mövqelərə normal yanaşmaq lazımdır. Müxtəlif mövqelər Milli Şuranın yaranmasının qarşını ala bilməz. Bu birlikdə olanlar ölkədə gedən proseslərə pozitiv təsir göstərəcəklər.

Bir gerçəkliyi də qeyd etmək istəyirəm. İctimai Palata demokratik qüvvələrin bu gün də ən böyük mərkəzidir. Həm də düzgün qərarlar verdiyinə görə tarixə düşüb. Eyni qaydada da hər kəs başa düşməlidir ki, Milli Şura görkəmli heyəti, güclü tərkibi ilə yox, düzgün qərarları ilə vəziyyəti dəyişə bilər. Seçkiyə qədər olan müddətdən düzgün istifadə olunmalıdır”.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG